Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞDünən ABŞ-Çin danışıqlarının nəticələrinin müsbət açıqlanması fonunda beynəlxalq birjalarda dollar major valyutalar qarşısında kəskin şəkildə bahalaşdı. Bugün səhər saatlarında isə ABŞ valyutası bir qədər zəifləyib.
EUR/USD valyuta cütlüyü 1.12430 səviyyəsindən 1.10650 səviyyəsinə qədər ucuzlaşdıqdan sonra 1.11190 səviyyəsinə qədər artım sərgiləyib. GBP/USD cütlüyü cari həftənin ilk günü 1.32980 həddindən 1.31390 həddinə qədər zəiflədikdən sonra, bugün 1.32140 həddinə kimi bahalaşıb. USD/JPY cütlüyü isə 3 aprel tarixindən bəri ilk dəfə 148.650 səviyyəsinə qədər yüksəlib.
Dolların bahalaşması qızılın "güvənli liman" maliyyə aləti kimi təzyiq altında qalması ilə nəticələndi. Qiymətli metalın dəyəri 3207$-a qədər endi. Hazırda sarı metal, bir qədər bahalaşaraq, 3258$-a ticarət olunur. "Brent markalı neftin bir barel üçün qiyməti 66$-a qədər yüksəldikdən sonra 64.30$-a kimi ucuzlaşıb. "Bitcoin"-ın qiyməti isə 100000$ səviyyəsinin üzərində möhkəmlənməyə çalışır. Hazırda kapitallaşmasına görə dünyanın ən böyük kriptovalyutasının dəyəri 102560$ təşkil edir.
Bazar ertəsi günü ABŞ və Çin qarşılıqlı şəkildə bir-birlərinin məhsullarına tətbiq olunan əksər gömrük rüsumlarının qüvvədən düşməsi barədə razılığa gəliblər. Bu, dünyanın iki ən böyük iqtisadiyyatı arasında ticarət gərginliyinin azalmasından xəbər verir. 
"Biz 90 günlük fasilə və tarif dərəcələrinin əhəmiyyətli dərəcədə azaldılması barədə razılığa gəldik. Hər iki tərəf qarşılıqlı tariflər üzrə rüsumlarını 115% azaldacaq," – deyə ABŞ-ın maliyyə naziri Skott Bessent mətbuat konfransında bildirib. Beləliklə, ABŞ Çin mallarına tətbiq etdiyi rüsumları 145%-dən 30%-ə endirəcək, Çin isə ABŞ-dan idxala tətbiq olunan rüsumları 125%-dən 10%-ə endirəcək.
Bugün investorların diqqət mərkəzində ABŞ-da dərc olunacaq İstehlak Qiymətləri İndeksi olacaq. Ekspertlər göstəricinin aylıq ifadədə 0.3%, illik ifadədə isə 2.4% artdığını proqnozlaşdırıblar. Həmçinin, bugün İngiltərə Bankının (BoE) sədri Endryu Beylinin baş tutacaq çıxışı, Almaniyada və Avrozonada dərc olunacaq ZEW iqtisadi indeksləri və Böyük Britaniyada açıqlanacaq əmək bazarı hesabatı bazar iştirakçılarının marağına səbəb olacaq.
Məlumat "İnvest-AZ İnvestisiya Şirkəti"nin analitikləri tərəfindən hazırlanıb.  / marja.az

Maliyyə     Tarix: 13 may 2025

Oxşar xəbərlər

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə 15–21 iyun 2026 həftəsində valyuta və əmtəə bazarlarında əsas hərəkətveric

Avropa Mərkəzi Bankı sentyabrda faiz dərəcəsini artıra bilər

Cümə axşamı əsas faiz dərəcəsini dəyişmədən saxlayan Avropa Mərkəzi Bankı (AMB) iqtisadi və geosiyasi proseslərin inkişafından asılı olaraq sentyabrda faiz artımına gedə bilər. Marja xəbər verir ki, məsələyə yaxın mənbələri

ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər

ING analitiklərinin fikrincə, dollar üzrə qısamüddətli risklər bir qədər yuxarı istiqamətli olsa da, dollar indeksinin (DXY) 2025-ci ilin may ayında gördüyü yüksək səviyyəyə yenidən çatması çətin görünür. Analitiklər avro/dolla

"İqtisadi artım üzrə işçi qrupu"nun növbəti iclası keçirilib

"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində iqtisadi artımın və rəqabətqabiliyyətliliyin təmin edilməsi istiqamətində görülmüş işlər, tədbirlərin icra vəziyyət

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

 İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 17–21 avqust həftəsində qlobal maliyyə bazarlarının əsas istiqamətveric

Azərbaycanın nar şirəsi Dominikana ixrac olunur

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport" portalının dəstəyi ilə Karib hövzəsi ölkələrinə növbəti ixrac əməliyyatı uğurla həyata keçirilib. Mərkəzin yaydığı məlumatd

FED faiz qərarını açıqladı

Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) əsas faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb. xəbər verir ki, Mərkəzi bankın rəsmiləri baza faiz dərəcəsini 3,5%–3,75% diapazonunda saxlamaq qərarına gəliblər. FED 2025-c

Azərbaycanda kassa aparatları ilə qeydə alınan dövriyyə 3 milyard manatdan çox artıb

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 23 milyard 328,9 milyon manata çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyard 51,7 milyo

Yeni nəsil nəzarət-kassa aparatları 8 ayda 20,4 milyard manat dövriyyəni qeydə alıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. Xidmtin yaydığı məlumatda bildirilir ki, indiyədək ölkə ərazisind


iqtisadi xeberler biznes ideyalari bitkoin almaq investisiya biznes krediti