Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞAmerika fond indeksləri "Moodys"-in ABŞ-ın reytinqini aşağı salması xəbəri fonunda sessiya ərzindəki itkiləri bərpa edərək bazar ertəsi ticarət gününü cüzi artımla başa vurdu. Həmçinin, dollar major valyutalar qarşısında bir qədər bahalaşdı. EURUSD valyuta cütlüyü Avrozonada İstehlak Qiymətləri İndeksi göstəricilərinin proqnozlara uyğun dərc olunması fonunda 1.12880 səviyyəsinə qədər bahalaşıb. Lakin, sonradan məzənnə 1.12180 səviyyəsinə qədər eniş sərgiləyib. Eyni dövr ərzində GBPUSD cütlüyü 1.34030 həddindən 1.33440 həddinə kimi geriləyib. 
Avstraliya Ehtiyatlar Bankının (RBA), proqnoz olunduğu kimi, faiz dərəcəsini 4.10%-dən 3.85%-ə qədər endirdi. Bunun fonunda AUDUSD valyuta cütlüyü 0.64440 həddindən 0.64230 həddinə qədər zəifləyib. Qızılın qiyməti isə təzyiq altında qalmaqda davam edir. Dəyərli metal 3205$ səviyyəsinə qədər ucuzlaşıb. 
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
"Moodys Ratings" agentliyi ABŞ-ın suveren kredit reytinqini artan dövlət borcu və büdcə kəsiri ilə bağlı narahatlıqlar səbəbilə "Aaa" səviyyəsindən "Aa1" səviyyəsinə qədər endirdi. "Moody"s", "böyük üçlük" reytinq agentlikləri arasında dünyanın ən böyük iqtisadiyyatına ən yüksək reytinq verən sonuncu agentlik idi.
ABŞ-ın maliyyə naziri Skott Bessent agentliyin qərarını "geridə qalmış göstərici" kimi adlandırdı. O bildirib ki, prezident Donald Trampın administrasiyası ABŞ iqtisadiyyatının artımını sürətləndirəcək, bu da, büdcə xərclərinin artımını kompensasiya edəcək.
"Möhtəşəm yeddilik" şirkətləri arasında "Tesla Inc." və "Apple Inc." səhmlərinin qiyməti müvafiq olaraq 2.3% və 1.2% ucuzlaşıb. "Microsoft Corp."-un kapitalizasiyası 1%, "Amazon.com Inc."-in 0.3%, "Alphabet Inc."-in isə 0.2% artıb. "Nvidia Corp."-un səhmləri 0.1%, Meta-nın qiymətli kağızları isə cəmi 0.01% bahalaşıb.
"Dow Jones Industrial Average" indeksi 137.33 bənd (0.32%) artaraq 42792.07 bənd təşkil edib. "S&P 500" indeksi 5.22 bənd (0.09%) artaraq 5963.6 bəndə yüksəlib. "Nasdaq Composite" indeksi isə 4.36 bənd (0.02%) artaraq 19215.46 bənd səviyyəsində qərarlaşıb.
Bugün Almaniyada dərc olunacaq İstehsal Qiymətləri İndeksi göstəriciləri investorların diqqət mərkəzində olacaq əsas xəbərlərdən biridir. Eləcə də, Kanadada açıqlanacaq inflyasiyaya dair göstəricilər bazar iştirakçılarına maraqlı olacaq. Həmçinin, bugün "Böyük Yeddilik" (G7) ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin görüşü baş tutacaq.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.  / marja.az

Maliyyə     Tarix: 21 may 2025

Oxşar xəbərlər

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə 15–21 iyun 2026 həftəsində valyuta və əmtəə bazarlarında əsas hərəkətveric

Avropa Mərkəzi Bankı sentyabrda faiz dərəcəsini artıra bilər

Cümə axşamı əsas faiz dərəcəsini dəyişmədən saxlayan Avropa Mərkəzi Bankı (AMB) iqtisadi və geosiyasi proseslərin inkişafından asılı olaraq sentyabrda faiz artımına gedə bilər. Marja xəbər verir ki, məsələyə yaxın mənbələri

ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər

ING analitiklərinin fikrincə, dollar üzrə qısamüddətli risklər bir qədər yuxarı istiqamətli olsa da, dollar indeksinin (DXY) 2025-ci ilin may ayında gördüyü yüksək səviyyəyə yenidən çatması çətin görünür. Analitiklər avro/dolla

"İqtisadi artım üzrə işçi qrupu"nun növbəti iclası keçirilib

"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində iqtisadi artımın və rəqabətqabiliyyətliliyin təmin edilməsi istiqamətində görülmüş işlər, tədbirlərin icra vəziyyət

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

 İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 17–21 avqust həftəsində qlobal maliyyə bazarlarının əsas istiqamətveric

Azərbaycanın nar şirəsi Dominikana ixrac olunur

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport" portalının dəstəyi ilə Karib hövzəsi ölkələrinə növbəti ixrac əməliyyatı uğurla həyata keçirilib. Mərkəzin yaydığı məlumatd

FED faiz qərarını açıqladı

Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) əsas faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb. xəbər verir ki, Mərkəzi bankın rəsmiləri baza faiz dərəcəsini 3,5%–3,75% diapazonunda saxlamaq qərarına gəliblər. FED 2025-c

Azərbaycanda kassa aparatları ilə qeydə alınan dövriyyə 3 milyard manatdan çox artıb

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 23 milyard 328,9 milyon manata çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyard 51,7 milyo

Yeni nəsil nəzarət-kassa aparatları 8 ayda 20,4 milyard manat dövriyyəni qeydə alıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. Xidmtin yaydığı məlumatda bildirilir ki, indiyədək ölkə ərazisind


iqtisadi xeberler biznes ideyalari bitkoin almaq investisiya biznes krediti