Qlobal birjalarda son vəziyyət
Dünən Amerikada inflyasiya göstəricilərinin proqnozlaşdırılan kimi açıqlanması birjalarda müsbət qarşılansa da, analitiklər son bir ayda inflyasiya səviyyəsindəki artımların faiz dərəcələrindəki 25 bəndlik artımda təsirli ola biləcəyini düşünürlər.
Keçən həftə 21-22 mart tarixlərində baş tutması gözlənilən FOMC toplantısında faiz dərəcələrinin 0.5% artırılacağı qiymətləndirmədə əsas alınsa da Amerikada bir həftə ərzində 3 bankın iflas etməsindən sonra bu ehtimal tamamilə ortadan qalxmış kimi görünür.
Hətta analitiklər arasında FED-in ümumiyyətlə aiz artımlarını dayandıracağını iddia edənlər da kifayət qədər çoxdur.
Monetar siyasətin gələcəyi ilə bağlı qeyri-müəyyənliklər fonunda dollar indeksi 103 bənd səviyyələrinə kimi geriləyib.
Bu gün isə Bakı vaxtı ilə saat 16:30-da Amerikada dərc açıqlanacaq İstehsal Qiymətləri İndeksi göstəriciləri və pərakndə satış dövriyyəsinin həcminə dair rəqəmlər dolların dünya birjalarında qiymətlərinə ciddi təsir edə bilər.
Təhlillərə əsasən dollar indeksində eniş tendensiyası artım tendensiyası ilə əvəzlənsə və qiyməti yenidən 105 bənd hədləri üzərinə yüksələrsə, EUR/USD və GBP/USD məzənnələri müvafiq olaraq 1.05$ və 1.19$-a kimi ucuzlaşa bilər.
Dollar indeksindəki geriləmə fonunda 1914$-a kimi bahalaşan qızıl, burada müqavimətlə qarşılaşaraq 1900$-a kimi ucuzlaşsa da, burada da alıcıların dəstəyi qiymətlərin 1914$ - 1900$ aralığında üfüqi dalğalanmasına səbəb olur. Dollar indeksində artım tendensiyası bərpa olunsa, qiymətli metalın bir unsiya üzrə dəyəri 1895$-ın altına düşsə, eniş tendensiyası yenidən bərpa oluna və ilk mərhələdə 1875$ və 1858$-a kimi ucuzlaşa bilər.
Məlumat "İnvest-AZ İnvestisiya Şirkəti" QSC-nin Analitika Departamenti tərəfindən hazırlanıb. / marja.az

"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Dizaynerlər üçün TOP-5 Freelance sayt
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Marketinq nə demədir?
Start-up nədir?
Yatırım olmadan necə biznes qurmaq olar?