Qlobal qaz istehlakının bu il artacağı proqnozlaşdırılır

Qlobal qaz istehlakının bu il artacağı proqnozlaşdırılırQlobal qaz istehlakı ötən il 0.4% azalaraq 4.03 trln. kubmetrə çatıb, lakin cari ilin sonuna bu rəqəmin yenidən artım tempinə qayıdacağı və 1% artacağı gözlənilir.
Bu barədə Qaz İxrac edən Ölkələr Forumunun (GECF) hesabatında bildirilir.
"2021-ci ildə rekord yüksəlişdən sonra qlobal qaz istehlakı 2022-ci ildə azaldı, lakin artımın 2023-cü ildə bərpa olunacağı gözlənilir. Qiymətləndirmələrə görə, 2022-ci ildə qlobal qaz istehlakı əvvəlki ilə nisbətən 0.4% azalaraq 4.03 trln. kubmetrə çatıb", – hesabatda qeyd olunur.
Hesabata əsasən, 2023-cü ildə qlobal qaz istehlakının keçən illə müqayisədə təxminən 1% artacağı proqnozlaşdırılır. Artım ABŞ, Çin və Asiya-Sakit okean regionunda bəzi inkişaf etməkdə olan ölkələrin payına düşəcək.
GECF qeyd edir ki, ötən ilin birinci və dördüncü rüblərində Şimal yarımkürəsində qışın mülayim keçməsi yaşayış sektorunda qaz istehlakının azalmasına səbəb olub. Eyni zamanda, qazın qiymətinin yüksək olması Asiya-Sakit okean regionunun müxtəlif ölkələrində və Avropada da sənayedə "mavi yanacağa" tələbatın azalmasına səbəb olub. / banker.az

Xəbərlər     Tarix: 06 aprel 2023

Oxşar xəbərlər

Maaşlardan yığılan vergi 21% artıb

Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki

Neft ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB

İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir

Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə

Ali təhsil müəssisələrinə qəbul olunanların NƏZƏRİNƏ: Qeydiyyat başladı

Ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayıb. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, qeydiyyat sentyabrın 8-də saat 18:00-dək davam edəcək. Qeyd edək ki, qəbul olunanları

Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO

Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb

Məktəblərdə davamiyyətə nəzarətlə bağlı süni intellektdən istifadə ediləcək

Təhsil sistemində səmərəliliyin artırılması məqsədilə süni intellektin tətbiqi xidmətlərinin satın alınması ilə bağlı açıq tender elan edilib. xəbər verir ki, Elm və Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılmas

G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək

Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd

Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb

Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət


iqtisadi xeberler dollar məzənnəsi bitcoin depozit faizleri dollar mezenne