Quş əti və yumurta istehsalçıları hökumətə müraciət etdi - "SATIŞIMIZ MƏHDUDLAŞIB, MƏHSULLARI DƏYƏRİNDƏN AŞAĞI SATIRIQ"

Quş əti və yumurta istehsalçıları hökumətə müraciət etdi - "Azərbaycan quşçuluq təsərrüfatları ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm bir həlqəni təşkil edir. Başda cənab Prezidentimiz İlham Əliyev olmaqla, Azərbaycanda ərzaq təhlükəsizliynin təmin olunması üçün yerli istehsalın inkişaf etdirilməsi siyasəti uğurla həyata keçirilməkdədir. Bu siyasətin nəticəsidir ki, bu gün Azərbaycan quşçuluq təsərrüfatları süfrə yumurtası ilə ölkəni 130-140 faiz, quş əti ilə 100 faizə yaxın, damazlıq yumurta ilə yüz faiz təmin etmək gücündədir".
Marja.az xəbər verir ki, bu, Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, son aylarda yerlu quşçuluq təsərrüfatlarına ciddi problem yaradan bir neçə fakt qeydə alınmaqdadır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən yerli istehsalçıları haqsız rəqabətdən qorumaq üçün damazlıq yumurta idxalına 10 sent əlavə rüsum təyin olunduqdan sonra bir sıra ölkələrdəki istehsalçılar ikili sxemlə ölkəmizə damazlıq yumurta və kəsim məqsədli 1 günlük cücə idxalına başlayıblar. Bu prosesdə Türkiyənin "Hastavuk" şirkəti xüsusilə fərqlənir. Belə ki, bu şirkət MDB üzvü olan Gürcüstanda fabrik quraraq, Türkiyədəki müəssisələrindən damazlıq yumurtadan orada cücə əldə edir və onu külli miqdarda olmaqla Azərbaycana idxal edir.
Məlumdur ki, idxala əlavə rüsumlar MDB üzvü olan ölkələrdən idxala şamil olunmur. "Hastavuk" şirkəti bu amildən istifadə edərək, Azərbaycana külli miqdarda birgünlük cücəni Gürcüstan məhsulu kimi ucuz qiymətə idxal edir. Eyni zamanda Türkiyənin özündən birgünlük cücələr real qiymətindən daha ucuz dəyərlə ölkəmizə gətirilir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən bu ilin 6 ayında 5 milyon 752,31 min dollarlıq 9 milyon 964 min 657 ədəd çəkisi 185 qramdan çox olmayan diri ev toyuqları idxal olunub. Bunun 278 min 844 ədədi Rusiyadan, 4 milyon 797 243 ədədi Gürcüstandan, 14 min 80 ədədi İspaniyadan, 4 milyon 874 min 490 ədədi Türkiyədən idxal olunub. Türkiyədən idxalda cücənin biri 33 sentə, Gürcüstandan idxal olunanlar isə 52 sentə reallaşıb. 
Bundan əlavə, ölkəyə inkubasiya üçün mayalandırılmış yumurta idxalı da kütləvi hal almağa başlayır. Bu ilin 5 ayında belə idxal 8 milyon 468,12 min dollar dəyərlə 10 milyon 732,92 min ədəd təşkil edib. Bunun 5 milyon 702,28 min ədədi Türkiyədən,   2 milyon 508,84 min ədədi Belarusdan, 1 milyon 728 min ədədi Rusiyadan, 793,8 min ədədi Gürcüstandan gətirilib. 
Azərbaycanın quşçuluq təsərrüfatları üçün problem yaradan daha bir hal xaricdən böyük həcmdə quş əti idxalıdır. 2022-ci ildə ölkəmizə 34 min 750,54 ton, bu ilin 5 ayında isə 13 min 199,99 ton belə ət idxal edilib. Kiloqramı 2.3 manata reallaşan bu idxal yerli təsərrüfatların məhsullarının satışını məhdudlaşdırır, inkişaf üçün investisiya yatırımlarının qarşısını alır. 
Bu idxallar bazarda haqsız rəqabət mühiti formalaşdrımaqla yerli damazlıq yumurta istehsalçılarına böyük zərbə vurur. Hazırda yerli istehsalçılar Gürcüstandan və Türkiyədən külli miqdarda idxaldan yaranan rəqabətə davam gətirmək üçün öz məhsullarını maya dəyərindən də aşağı qiymətə təklif etməyə məcburdurlar. Bu isə uzun müddət davam edə bilməz və sonunda yerli istehsalçıların müflis olmasına gətirib çıxaracaq bir haldır.
Yuxarıda da qeyd etdik ki, yerli quşçuluq müəssisələrinin daxili bazarı süfrə yumurtası ilə artıqlaması ilə təmin etmək imkanı var. Onlar hətta xarici ölkələrə ixraca da başlayıblar. Lakin əksər xarici ölkələrdə yerli istehsalı qorumaq üçün süfrə yumurtası idxalına müxtəlif hüquqi baryerlər yaradıldığına görə bizim istehsalçıların xaricə yumurta ixracı çox çətinliklə başa gəlir, bir çox hallarda proses yarımçıq saxlanılır. Məsələn, Gürcüstana yumurta idxal etmək istəyən Azərbaycan istehsalçısından 16  adda sənəd tələb olunur. Onların arasında hətta istehsal prosesində iştirak edən personalın tibbi müayinə nəticələri də var. 
Azərbaycanda da dövlətimiz MDB-dən kənar ölkələr üçün süfrə yumurtası idxalına əlavə rüsum tətbiq edib. Lakin son aylarda ölkəmizə MDB üzvü olan Belarusdan külli miqdarda süfrə yumurtası idxal olunmağa başlayıb. Bu yumurtaların üzərinə Azərbaycan qanunvericiliyinin tələbinə zidd olaraq istehsalçı şirkət, istehsal tarixini əks etdirən möhür vurulmur. 
Yerli istehsalçılar bir yumurtanı möhürsüz satışa çıxardıqda külli miqdarda cərimə olunurlar. Lakin Belarusdan gətirilən yumurtalarla bağlı bu tələb gözlənilmir, buna görə heç kim cəzalandırılmır.
Bütün bu qeyd olunanları Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası olaraq cənab Baş nazirin, iqtisadiyyat və kənd təsərrüfatı nazirlərinin diqqətinə çatdıraraq, yerli istehsalçıların qorunması istiqamətində addımlar atılmasını xahiş etmişik. Bu addımlar kəsim məqsədli birgünlük cücə idxalının da əlavə rüsuma cəlb edilməsi, möhürsüz, istehsal tarixi göstərilməyən süfrə yumurtalarının idxalının qarşısının alınması, həmçinin toyuq əti və süfrə yumurtası idxalı üçün tələb edilən sənədlərin ən azı Gürcüstanla eyni saya çatdırılması və sair ola bilər.
Ümid edirik ki, dövlətimiz yenə istehsalçıların yanında olacaq, onları haqsız rəqabət şərtlərindən müdafiə etmək üçün zəriri olanı edəcək.

Maliyyə     Tarix: 20 iyul 2023

Oxşar xəbərlər

Vergi daxilolmalarında 850 milyon manatlıq əlavə gəlir gözlənilir

Dövlət büdcəsinin 2026-cı ilin sonuna gözlənilən icra göstəriciləri açıqlanıb. Dövlət büdcəsinin gəlirləri. 2026-cı ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 39365,0 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da təsdi

FED faiz qərarını açıqladı

Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) əsas faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb. xəbər verir ki, Mərkəzi bankın rəsmiləri baza faiz dərəcəsini 3,5%–3,75% diapazonunda saxlamaq qərarına gəliblər. FED 2025-c

Metallurgiya ixracında müsbət dinamika - Qara metal ixracı 24,6%, alüminium ixracı 44,6% artıb

2026-cı ilin yanvar-may aylarında qara metallar və onlardan hazırlanan məmulatların ixracı 46 milyon 428,6 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 37 milyon 257,6 min dollar idi. Dəyər ifadəsində artı

Dövlət Vergi Xidməti büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait toplayıb: Rekord həcm – 9 ayda 13,6 milyard manat

Azərbaycanda vergi daxilolmaları 13,6 milyard manatı ötdü – Büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait daxil olub. 2026-cı ilin ilk 9 ayında Azərbaycanda dövlət büdcəsinə vergi daxilolmaları əhəmiyyətli dərəcədə artıb

Azərbaycanın dövlət büdcəsinin kəsiri 3,6 milyard manatı ötəcək – 2030-cu ilədək proqnoz açıqlanıb

Azərbaycanın dövlət büdcəsinin kəsirinin növbəti illərdə artacağı, 2030-cu ildə isə 3 milyard 659,5 milyon manata çatacağı proqnozlaşdırılır. xəbər verir ki, bu barədə "2026–2030-cu illər üzrə dövlət və icmal büdcələrini

Azərbaycan biznesi Afrikaya gedir – Qeydiyyat başladı

() Africa–Azerbaijan Cooperation (AFAZ) 21–23 oktyabr 2026-cı il tarixlərində Keniyanın Nayrobi şəhərində keçiriləcək BIG 5 Construct Kenya 2026 beynəlxalq tikinti və inşaat sərgisində Azərbaycan Pavilyonunun təşkilini həyat

Alıcılara 8 ayda 169 milyon manatdan çox ƏDV qaytarılıb

2026-cı ilin yanvar – avqust ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

Bitki yağları idxalı 34,9% artdıb, ilk 5 ayda 101 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 101 milyon 218 min dollar dəyərində bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 75 milyon 55,1 min dollar idi. Bu barədə Dövlə

Azərbaycanda inflyasiya, əhalinin gəlirləri və iqtisadi artımla bağlı 2030-cu ilədək PROQNOZLAR AÇIQLANDI

İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin ötən dövrü ərzində faktiki inflyasiya səviyyəsi, dünya üzrə əmtəə, o cümlədən ərzaq qiymətlərinin nisbətən aşağı düşməsi və bunun idxal qiymətlərinə təsiri, nominal effektiv məzənn


iqtisadi xeberler leobank kart valyuta mezennesi valyuta kurslari telefonla pul qazanmaq