Rabitə sahəsində dəyişiklik başladı: 6 QURUM LƏĞV EDİLİB BİR TƏŞKİLATDA BİRLƏŞDİ
Azərbaycanın rabitə sektorunda ciddi təşkilati dəyişiklik baş verib.
FED.az xəbər verir ki, rabitə sahəsində fəaliyyət göstərən 6 qurum ləğv edilərək "Aztelekom" MMC-yə birləşdiriləcək.
Buraya "Bakı Telefon Rabitəsi" MMC, "Az-Evro Tel" MMC, "Aztelekom" İB-nin Beynəlxalq Avtomat Telefon Stansiyası, Gəncə Telekommunikasiya İdarəsi, "Azərrabitəlayihə" MMC, və Sumqayıt Telekommunikasiya Qovşağı aiddir.
Bütün bu təşkilatlar ləğv edilərək "Aztelekom" MMC-yə birləşdiriləcək.
Bu barədə yayılan elanda bildirilir:
Adını dəyişərək "Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: 9900038501)
"Bakı Telefon Rabitəsi" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 9900044741),
"Az-Evro Tel" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 9900059321),
Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi "Aztelekom" İstehsalat Birliyinin Beynəlxalq Avtomat Telefon Stansiyası (VÖEN: 9900042471),
Gəncə Telekommunikasiya İdarəsi (VÖEN: 2300216771),
"Azərrabitəlayihə" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 9900046991)
və Sumqayıt Telekommunikasiya Qovşağının (VÖEN: 9900063981) ləğv edilərək ona qoşulması nəticəsində yenidən təşkil olunması barədə qərar qəbul edilmişdir. Bununla bağlı qanunvericiliyə uyğun olaraq kreditorlar tələblərini Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 187 ünvanına bildirə bilərlər.

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
ZARA-nın uğur hekayəsi
Elon Musk kimdir?
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
IMEI kod nədir?
Hazır bizneslərdə ən çox edilən 5 səhv