"Rabitəbank" sahibkarlar gününün 10 illiyi münasibətilə xüsusi kampaniyaya start verir

®Sahibkarlığın inkişafına dəstək istiqamətində təşəbbüslərini davam etdirən Rabitəbank Sahibkarlar Gününün təsis edilməsinin 10 illiyi münasibətilə hüquqi şəxslər və sahibkar fiziki şəxslər üçün qeyri-kredit məhsulları üzrə xüsusi güzəşt kampaniyasına start verir.
25 aprel – 25 may 2026-cı il tarixlərini əhatə edən kampaniya çərçivəsində sahibkarlara bankın müxtəlif qeyri-kredit məhsul və xidmətləri üzrə endirimli və üstün şərtlər təqdim olunacaq. Kampaniyanın əsas məqsədi sahibkarlıq subyektlərinin maliyyə xidmətlərinə çıxışını daha da asanlaşdırmaq, onların gündəlik bank əməliyyatlarında rahatlığını artırmaq və biznes fəaliyyətlərinə əlavə dəyər yaratmaqdır.
Kampaniya həm mövcud müştərilər, həm də yeni hesab açmaq üçün müraciət edən hüquqi şəxslər və fərdi sahibkarlar üçün nəzərdə tutulub.
Sahibkarlar gününün yaradılmasıının 10 illik yubileyi münasibətilə bankın qeyri-kredit məhsulları üzrə aşağıdakı güzəştlərin tətbiq olunması təklif edilir:
Ödənişsiz cari hesabların açılması 
Ödənişsiz biznes kartın sifarişi 
Ödənişsiz əmək haqqı kartının sifarişi (7 illik )
Depozit seyflərinə 10 % endirim
Sahibkarların icbari sığorta ödənişlərinə 10 % endirim
Sahibkarların investisiya fəaliyyətlərinə 10 % endirim
Cari hesabdan məxaric əməliyyatlarına standart faizlər üzrə 10% endirim
Abunə tipli tarif paketlərinə 10% endirim
Depozitsiz POS terminal sifarişi
Komissiyasız nağdsız mübadilə əməliyyatları
"Rahat bankçılıq" konsepsiyasına uyğun olaraq Rabitəbank bu kampaniya ilə sahibkarların maliyyə yükünün optimallaşdırılmasına, biznes əməliyyatlarının daha sərfəli şərtlərlə idarə olunmasına və sahibkarlıq fəaliyyətinin inkişafına töhfə verməyi hədəfləyir.
Məlumat üçün bildirək ki, "Rabitəbank" ASC 1993-cü ildən etibarən fəaliyyət göstərir və "Rahat bankçılıq" konsepsiyası əsasında müştərilərinə müasir və əlçatan maliyyə xidmətləri təqdim edir. Bankın nizamnamə kapitalı 101,3 milyon manatdır. Ölkə üzrə geniş filial şəbəkəsi, rəqəmsal bankçılıq həlləri və peşəkar komandası ilə Rabitəbank müştərilərinə dəyər yaradan xidmətlər təqdim etməyə davam edir. Bankın əsas səhmdarları "Azərbaycan Banklar Assosiasiyası"nın prezidenti Nuriyev Zakir Əlibala oğlu və iş adamı, sahibkar Əliyev Rauf Zeynal oğludur.
Hal-hazırda "Rabitəbank" ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 31 xidmət məntəqəsi, 78 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "Rabita Business" tətbiqi və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir. / banker.az

Banklar     Tarix: 27 aprel 2026

Oxşar xəbərlər

IMF Azərbaycan Mərkəzi Bankına tövsiyələr verib

Beynəlxalq Valyuta Fondunun (IMF) texniki yardım missiyası çərçivəsində ekspertlər Azərbaycan Mərkəzi Bankında (AMB) olublar. Missiya çərçivəsində qurumda strateji planlaşdırma prosesinin təşkil edilməsi, strateji riskləri

Rabitəbank 2026-ci ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb

Rabitəbank 2026-cı ilin 9 ayı üzrə maliyyə göstəricilərini açıqlayıb. Hesabat dövründə Bank 13 milyon 757 min manat xalis mənfəət əldə edib. Rabitəbankın aktivləri isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 11.2% artara

21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub

Azərbaycandakı banklar 2026-cı ilin 9 ayı (yanvar-sentyabr) üzrə maliyyə göstəricilərini açıqlayıblar. xəbər verir ki, 21 bankdan 21-i də maliyyə göstəricilərini açıqlayıb. Bankların hamısı 2026-cı ili 9 ayını xalis mənfəətl

Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb

Azərbaycanın aparıcı banklarından biri olan Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə nəticələrini açıqlayıb. Bankın yaydığı press-relizdə bildirilir ki, ilin ilk doqquz ayında əsas maliyyə göstəricilərində artı

2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?

Bir çox şirkətlərdə yeni 2027-ci il üçün büdcələmə perioduna girib və növbəti ilin xərclərinin planlaşdırılması dövrü başlayır. Bu mərhələ şirkətlər üçün yalnız maliyyə prioritetlərini müəyyənləşdirmək deyil, həm də əməkdaşla

Mərkəzi Bank sığorta agentinin lisenziyasını LƏĞV ETDİ – SƏBƏB AÇIQLANDI

Azərbaycan Mərkəzi Bankı (AMB) Rəhimli Xədicə Tərlan qızına verilmiş sığorta agenti fəaliyyəti üzrə lisenziyanı ləğv edib. xəbər verir ki, bununla bağlı Mərkəzi Bankın İdarə Heyəti 13 oktyabr 2026-cı il tarixində qərar qəbu

Bank Respublika 9 ayda 50 milyon manat qazanıb – Mənfəəti 16,5% artıb

"Bank Respublika" ASC 2026-cı ilin yanvar–sentyabr aylarını (cari ilin 9 ayını) 50 milyon 285 min manat xalis mənfəətlə başa vurub. Bankın mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 7 milyon 118 min manat v

AccessBank 2026-cı ilin 3-cü rübün sonuna olan maliyyə hesabatını açıqlayır

Mikro, kiçik və orta sahibkarlığın kreditləşməsi bazarının lideri olan AccessBank, 2026-cı ilin 3-cü rübün sonuna olan maliyyə nəticələrini açıqlayır. Ətraflı məlumat əldə etmək üçün: . Bank, 2026-cı ilin 3-cü rübün sonun

Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir

Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) maliyyələşməsi ilə bağlı qanunvericiliyə dəyişikliklər hazırlanır. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə qurumun yarım illik "Maliyy


iqtisadi xeberler iqtisadiyyat xeberleri pul qazanmaq bitcoin qiymeti bitcoin