Rasim Məmmədov: "Ramiz Mehdiyevə həmişə atam kimi baxmışam, işdən sonra onu gəzdirmişəm, xəstə olub yanına getmişəm"

Rasim Məmmədov: "Baku Steel Company" şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.
KONKRET.azxəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən bugünkü iclasda Rasim Məmmədovun vəkilləri vəsatət qaldıraraq digər vəkil Elçin Sadıqovun ofisində axtarış aparılan zaman sənədlərin götürüldüyü bildirib, bu səbəbdən prosesin təxirə salınmasını istəyib.
Məhkəmə vəsatəti təmin etməyib.
Daha sonra təqsirləndirilən şəxs sərbəst ifadə verib.
Rasim Məmmədov bildirib ki, 2008-ci ildən "Baku Stell Company"-də işləməyə başlayıb. 2011-ci ildə isə 30 milyon manat ödəyərək şirkətin tək sahibi olub: "Əvvəl zavodun 25 faiz payı mənə, 75 faizi əcnəbilərə məxsus idi. 3-4 milyon gəlir həmin adamlar üçün maraqlı deyildi. Dedilər ki, "Balaxanı Oil" yatağına maraqları var, kömək edim, oranı alsınlar. Mən də kömək etdim. Sonradan "Baku Steel"dəki paylarını 30 milyon manata mənə satdılar. "Balaxanı Oil" məsələsinə görə o vaxt Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevlə görüşüb, detalları razılaşdırdıq. Əvvəl 300 milyona razılaşdıq, sonra məbləği 350, daha sonra 400, ardınca da 450 milyona qaldırdılar. Hər dəfə qiymətin qaldırılması narahatlıq yaradırdı. Mən zavodu alanda o qədər pis vəziyyətdə idi ki, heç kimə lazım deyildi. Mənə heç kim pul ödəməyib, zavodu tək almışam. Deyirlər ki, zavodu talan eləmisən, əksinə mən oranı düzəltmişəm. Əvəz Zeynallı da ancaq mənim pis işlərimi işıqlandırıb. Deyir, türmədə mənə şərait yaradıblar. Hansı şərait? Mən iki ildir ana-atamı görmürəm".
Rasim Məmmədov məhkəmədə Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin də adını çəkib: "Mən Ramiz Mehdiyev və Bəylər Əyyubovu həmişə atam qədər istəmişəm. İşdən sonra Ramiz Mehdiyevi gəzdirmişəm, xəstə olub yanına getmişəm".
Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarını da cavablandırıb.
Prokuror ilk olaraq Rasim Məmmədovdan nəyə görə aldığı şirkətləri öz adına rəsmiləşdirmədiyini soruşub.
"Bu cür rahat olur", – deyə Rasim Məmmədov cavab verib.
"Nəyə görə pis vəziyyətdə olan zavodu almaq qərarına gəldiniz" sualına isə təqsirləndirilən şəxs "oranın potensialına bələd idim" cavabını verib.
Rasim Məmmədov 13 milyon manat mənimsəmə ilə bağlı epizodu qəbul etməyib:
"Mən kassadan pul götürməmişəm, ümumiyyətlə, "Baku Steel Company" şirkətinin kassası olmayıb. Deyirlər ki, xəyanət etmisən… Kimə xəyanət etmişəm?"
Rasim Məmmədova "Baku Steel Company" şirkətində işləyənlərə qanunsuz göstərişlər verilməsi ilə bağlı dediklərinə dair də sual verilib. O, suala cavab vermək istəməyib.
Proses sentyabrın 16-da davam etdiriləcək.
Qeyd edək ki, Rasim Məmmədov Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən həbs olunub. O, Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.//Apa

Xəbərlər     Tarix: 12 sentyabr 2022

Oxşar xəbərlər

Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - YENİ QAYDALAR

Texniki tənzimləməyə aid olan hər hansı malın insan üçün təhlükə yaratdığı müəyyən edilərsə, həmin məhsulun bazarda qalmasına icazə verilməyəcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye v

Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır

Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb

Aviabiletlər əlçatan olacaq: Azərbaycana aşağıbüdcəli aviaşirkətlər cəlb ediləcək

Azərbaycanda hava gəmisi istismarçılarının uçuş coğrafiyasının genişləndirilməsi, mövcud destinasiyalar üzrə uçuş tezliyinin, həmçinin aviabilet qiymətlərinə əlçatanlığın artırılması və regional hava limanlarının potensialında

Ali təhsil müəssisələrinə qəbul olunanların NƏZƏRİNƏ: Qeydiyyat başladı

Ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayıb. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, qeydiyyat sentyabrın 8-də saat 18:00-dək davam edəcək. Qeyd edək ki, qəbul olunanları

AQTA qəfil qaraja daxil olub - Minlərlə şübhəli məhsul tapılıb

Vətəndaş müraciəti əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan qəsəbəsi, Minutka küçəsi ünvanında yerləşən "Best for Bar" MMC-yə məxsu

Neft ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB

"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu

"Karabakh Group" şirkətinin Baş icraçı direktoru vəzifəsinə yeni təyinat olub. xəbər verir ki, şirkətin Baş icraçı direktoru vəzifəsinə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Baş katibi Ziya Hacılı təyina

Almaniyanın avtomobil sektorunda məşğulluq ən aşağı səviyyəyə düşüb

Almaniyanın avtomobil sektorunda məşğulluq sentyabr ayında 721.400 nəfərə düşüb. xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi bildirib. Bu 2011-ci ilin ortalarından bəri ən aşağı səviyyədir. Hissə istehsalçıların

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb


iqtisadi xeberler bitcoin qiymeti kripto bitkoin emlak xeberleri