Regionun spontan mənzərəsi - Azərbaycan nə etməlidir?

Regionun spontan mənzərəsi - Azərbaycan nə etməlidir?Azərbaycanın həmsərhəd olduğu 5 ölkənin gələcək taleyi ilə bağlı strateji araşdırmaların aparılması, növbəti on illiklərdə həmin ölkələri gözləyən neqativ və pozitiv proseslərin təhlili bizim üçün həyati əhəmiyyətli məsələlərdən olmalıdır. Təəssüf ki, həmin ölkələrin içərisində ən xırda siyasi-sosial instinktləri izləyib ciddi nəticələr əldə edən və bunu ölkəmizin gələcək strateji planlarına salınmasına nail olan beyin mərkəzləri yoxdur.
Sual olunur, ABŞ və İngiltərə niyə güclüdür? Necə olur ki, okeanın o biri tayında yerləşən ABŞ Avrasiyada yerləşən dövlətlərin taleyini dəyişir, xalqların genetik yaddaşına təsir edə bilir, inqilablar hazırlayır?
Məsələ bundadır ki, ABŞ-da dünyada mövcud olan hər bir ölkəni, o ölkələrdə yaşayan xalqları araşdıran eyni sayda məxfi institutlar, mərkəzlər fəaliyyət göstərir. ABŞ Azərbaycanda, İranda, Ermənistanda yaşayan xalqların ən incə mental dəyərlərini öyrənir, onların həssas siyasi instinktlərini araşdırır, hətta hər bir rayonun, kəndin adət-ənənələrini, onların psixoloji həssaslıq dərəcəsini analiz edib həmin ölkələrə inqilablar ixrac etməyin, savaş çıxarmağın və sülhə nail olmağın konsepsiyasını hazırlayır. Təsəvvür edin, dünyada mövcud olan 245 dövlətin (bunlardan 195- beynəlxalq səviyyədə müstəqil dövlət kimi tanınır) və ərazinin hər birini araşdıran mərkəzlərin və hər bir mərkəzin də minlərlə əməkdaşı var.
ABŞ fərqli edən başqa bir ideoloji yanaşma tərzi də var. Məsələn, ABŞ terrorizmlə mübarizə aparmaq üçün kabinetlərdə oturan mütəxəssis yetişdirmir, bu mübarizəni daha effektiv aparmaq üçün potensial "terrorçu"-mütəxəssislər yetişdirir. Həqiqətən də terrorçularla ən yaxşı mübarizəni elə "terrorçu"ların özləri apara bilərlər. Bu baxımdan, ABŞ xüsusi xidmət orqanlarının terrorizmlə mübarizə aparan qurumlarının əməkdaşları potensial "terrorçu"lardır.
İRAN - Azərbaycan bu ölkə ilə cənubdan həmsərhəddir. İranın özü şərqdən Əfqanıstan və Pakistanla sərhəddir. Əfqanıstanda "Taliban"ın hakimiyyətə gətirilməsi İranın gələcək taleyinin ən acı konturlarını cızacaq. İki ölkə arasındakı dini-siyasi düşmənçiliyi arxa plana çevirən "narkotik müttəfiqliyi" hələki bu prosesi ləngidir. Dünyanın 9 nüvə dövlətindən biri olan Pakistan və İran 1979-cu il İran İnqilabına qədər ABŞ-a qarşı eyni cəbhədə yer almışdı.
Ancaq daha sonra bu üç amil hər iki ölkə arasında ciddi ziddiyyətlər yaratdı - Pakistanın Qərbmeylli siyasət yürütməsi, İranın İslam dünyasında liderlik təşəbbüsünü ələ almaq istəkləri və Pakistanın nüvə silahına sahiblənməsi...
Bu üç amil Pakistanı ABŞ-ın əsas müttəfiqinə çevirməklə yanaşı, İranla da uzaq hədəflərə hesablanan düşmənçilik "korpus"ları yaratdı. İran şərqdən ABŞ-ın ən yaxın müttəfiqlərindən hesab olunan Pakistanla (təxminən 960 km-lik + 921 km-lik sərhəd) və "Taliban"la mühasirəyə alınıb. Hazırda Azərbaycanın Pakistanla münasibətləri isə ən üst və pozitiv mərhələdədir.
Dünyada narkotik istehsalının 83%-i Əfqanıstanın payna düşür, əfqanların narkotiklərini isə Azərbaycana İran daşıyır. İran şərq cəbhəsindəki təhlükələrdən "strateji" şəkildə istifadə edir, şimal-qərbdən qonşusu olan Azərbaycanı "ağ ölüm"lə boğur, sanksiyalardan aldığı zərərləri narkotik ticarətindən əldə etdiyi gəlirlərlə qarşılayır və hazırda Azərbaycanda narkotik istifadəçilərinin sayının günbəgün artması İranın mənfur siyasətinin reallaşması anlamına gəlir. İran bu yolla Azərbaycanın genefondunu dağıdır, xalqı fiziki və mənəvi terrora məruz qoyur.
İranda yaşayan 40 milyonluq azərbaycanlının yaşadığı coğrafiya (286 min km2-lik), əhalinin - hər bir kəndin sosial problemləri, siyasi yükü, psixoloji durumu dərindən araşdırılmalı, strateji plan və resurs kimi əlimizdə olmalıdır.
Bəs Rusiya, Gürcüstan, Türkiyə və Ermənistan?
Müəllif: Samir Feyruzov

Xəbərlər     Tarix: 29 avqust 2022

Oxşar xəbərlər

Vətəndaşlara XOŞ XƏBƏR: Kredit riskləri sığortalanacaq - VİDEO

Artıq kredit risklərinin sığortalanması tətbiq oluna bilər ki, bu da gələcəkdə kredit faizlərinin azalmasına təsir göstərə bilər. Yeni mexanizm istehlak və ipoteka kreditləri üzrə risklərin sığortalanmasını əhatə edir. B

Dollar neçəyə olacaq? - AÇIQLANDI

Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir

Bəzi hallarda saytlara giriş MƏHDUDLAŞDIRILACAQ - Qanun DƏYİŞDİ

Azərbaycanda bəzi informasiyaların yerləşdirilməsinə görə saytlara məhdudlaşdırma tətbiq ediləcək. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Cinayət, Cinayət-Prosessual Məcəllələrinə və "İnformasiya, informasiyalaşdırm

Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - YENİ QAYDALAR

Texniki tənzimləməyə aid olan hər hansı malın insan üçün təhlükə yaratdığı müəyyən edilərsə, həmin məhsulun bazarda qalmasına icazə verilməyəcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye v

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi

AQTA qəfil qaraja daxil olub - Minlərlə şübhəli məhsul tapılıb

Vətəndaş müraciəti əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan qəsəbəsi, Minutka küçəsi ünvanında yerləşən "Best for Bar" MMC-yə məxsu

Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO

Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd

Almaniyanın avtomobil sektorunda məşğulluq ən aşağı səviyyəyə düşüb

Almaniyanın avtomobil sektorunda məşğulluq sentyabr ayında 721.400 nəfərə düşüb. xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi bildirib. Bu 2011-ci ilin ortalarından bəri ən aşağı səviyyədir. Hissə istehsalçıların

"Meta" Azərbaycanda vergi qeydiyyatına alınır

"Meta" Azərbaycanda vergi qeydiyyatından keçir". xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. O bildirib ki, artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırd


iqtisadi xeberler bitkoin almaq pul qazanmaq biznes ideyalari valyuta mezennesi