Rəhbərliyi Prezidentlə görüşən "Franklin Templeton" şirkətinin 1,68 trilyon dollarlıq aktivləri var - DOSYE

Rəhbərliyi Prezidentlə görüşən Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev aktivlərin idarə edilməsi üzrə dünyanın aparıcı şirkətlərindən biri olan "Franklin Templeton" şirkətinin Baş icraçı direktoru və prezidenti Cenni Consonu qəbul edib.
İlham Əliyev "Franklin Templeton" şirkətinin Baş icraçı direktoru və prezidentini - QƏBUL EDİB
Görüşdə "Franklin Templeton" ilə tərəfdaşlığın strateji əhəmiyyəti qeyd edilib və bu istiqamətdə əlaqələrin daha da genişləndirilməsi üçün əlverişli mühitin mövcud olduğu bildirib.
FED.az şirkətlə bağlı qısa arayışı təqdim edir: "1947-ci ildə ABŞ-ın Nyu-York şəhərində təsis edilmiş "Franklin Templeton" şirkətinin 2024-cü ilin sentyabrına olan məlumatına əsasən idarəetməsində olan aktivlərin ümumi dəyəri 1,68 trilyon ABŞ dollarına bərabərdir. "Franklin Templeton" şirkətlər qrupuna səhmlər, istiqrazlar, alternativ investisiyalar və digər aktiv növlərinin idarə edilməsi üzrə ixtisaslaşmış bir sıra biznes qurumları daxildir. Şirkətin səhmlərinin 60 faizi Nyu-York Fond Birjasında listinqdədir, qalan 40 faizi təsisçiləri olan Conson ailəsinə məxsusdur. "Forbes"in ötən ilin avqustuna olan məlumatına əsasən, Conson ailəsinin şəxsi sərvəti 10.5 milyard ABŞ dolları təşkil edir.
Şirkətin rəhbəri xanım Cenni Conson 2022-ci və 2023-cü illərdə "Forbes" jurnalının "Dünyanın 100 ən güclü qadını", 2022-ci ildə isə "50 Over 50" siyahısında yer alıb. Həmçinin ardıcıl 5 il ABŞ-ın maliyyə sahəsində nüfuz "Barrons" nəşrinin "ABŞ-da maliyyə üzrə 100 güclü qadın" siyahısına daxil edilib.
Cenni Conson, eyni zamanda, bir sıra təşkilat və ictimai qurumların müşahidə və məşvərət şuralarında təmsil olunur. Belə ki, o Sinqapur Mərkəzi Bankının Beynəlxalq Məşvərət Panelinin, Nyu-York Fond Birjasının Məşvərət Şurasının, "Memorial Sloan Kettering" xərçəng xəstəlikləri fondunun, "Thermo Fisher Scientific" və digər ictimai təşkilatların müşahidə şuralarının üzvüdür".
Qeyd edək ki, hazırda "Franklin Templeton" şirkəti ilə Azərbaycan Respublikası Dövlət Neft Fondu arasında qarşılıqlı fayda əsasında uzunmüddətli tərəfdaşlığın yaradılması məqsədilə ilkin addımlar atılıb və strateji istiqamətlərdə əməkdaşlığın daha da dərinləşdirilməsi imkanları araşdırılır. Bununla əlaqədar şirkət rəhbərliyi ilə sıx münasibətlər qurulub, mütəmadi olaraq danışıqlar və görüşlər keçirilir. Məsələn, Səudiyyə Ərəbistanında şirkətin Baş icraçı direktoru və prezidenti Cenni Consonla görüşdə əməkdaşlıq perspektivləri və müxtəlif imkanlar müzakirə edilib. Eyni zamanda, Cenni Consonun başçılıq etdiyi nümayəndə heyətinin COP29 tədbirlərində iştirakı çərçivəsində Azərbaycan Respublikasının Dövlət Neft Fondunun rəhbərliyi ilə bir sıra görüşləri olub, müzakirələr aparılıb. (Azərtac)

Biznes     Tarix: 16 yanvar 2025

Oxşar xəbərlər

Emin Ağalarov Bakıda ilk kazinonun açılacağı tarixi açıqladı

"Bakıda ilk "Royale Casino" 2027-ci ilin mayında açılacaq". Bakıdakı kazinoya bəzi şəxslər buraxılmayacaq - EMİN AĞALAROV AÇIQLADI. xəbər verir ki, bu barədə "Sea Breeze" layihəsinin sahibi v

Azərbaycanda bazarda nöqsanlar aşkarlanıb – Sahibkar barəsində protokol tərtib edilib

Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib. Azərbaycanda bazarın fəaliyyəti nəzarətə götürüldü – Ciddi pozuntular aşkarlanıb. xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xəta

Yeni yaradılan şirkətin sərmayəsindən – 3,4 MİLYON GÖTÜRÜLÜR

"Ses 2026" MMC (VÖEN: 1407814331) nizamnamə kapitalını azaldır. Azərbaycanda 200 min dollarlıq şirkətin – ADI DƏYİŞDİRİLİR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkət nizamnamə kapitalını 6 milyo

Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq

Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, o cümlədən reklam fəaliyyəti ilə məşğul olmaq haqqında məhdudiyyətlər nəzərdə tutulacaq. xəbər verir ki, bu barədə "Maraqlar toqquşması haqqında" yeni qanu

"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub

"Azərsun Holdinq"in tərkibində fəaliyyət göstərən "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2026-c

Üç xarici şirkətin Azərbaycandakı Filialı – BAĞLANIR

Daha üç xarici şirkət Azərbaycandakı fiallarını bağlamaq qərarına gəliblər. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, söhbət "Viking İnternational Limited" şirkətinin filialından (VÖEN: 1701601701), "Verti

Azərbaycanda restoranların dövriyyəsi 8% artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin dəyəri 2 milyard 309,8 milyon manat olub. Bakıda məşhur restoran fəaliyyətini dayandırdı. bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir

Azərbaycanda sahibkar 13 milyonlu şirkətini – 280 MİLYONLUQ ŞİRKƏTİNƏ BİRLƏŞDİRDİ

"Beverage Services" MMC (VÖEN: 1306760391) fəaliyyətinə xitam verilərək "Milla Dairy" MMC-yə (VÖEN: 1300995031) qoşulub. BƏƏ şirkəti Azərbaycan bazarından – GEDİR. biznes və maliyyə xəbərləri portalı xəbə

Bakı "PostEurop" Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

7–8 oktyabr 2026-cı il tarixlərində Bakıda "PostEurop" Baş Assambleyası və Biznes Forumu keçiriləcək. xəbər verir ki, beynəlxalq tədbirə AZCON Holding şirkətlərindən olan "Azərpoçt" MMC ev sahibliyi edəcək


iqtisadi xeberler investisiya pul qazanmaq dollar manat kursu bitkoin qiymeti