Rəisi: "Türkiyə ilə 30 milyard dollarlıq ticarət həcmi təyin etdik"
"İran və Türkiyənin imkanlarını nəzərə alsaq, iki ölkə arasında ticari və iqtisadi əlaqələrin səviyyəsi birmənalı olaraq kafi deyil və bu məbləğ yüksək səviyyəyə çatdırıla bilər".
Bu sözləri İran Prezidenti İbrahim Rəisi türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Tehranda keçirilən ortaq mətbuat konfransında deyib.
"Türkiyə ilə 30 milyard dollarlıq ticarət həcmi təyin etdik. Bu, hazırkı ortaq ticarət həcmini üç dəfə artırmaq deməkdir", – deyə Rəisi bildirib.
Bundan əlavə, Rəisi Ərdoğanla görüşdə iki ölkə arasında investisiyanın inkişafı, terrorçuluqla, narkotiklərlə və mütəşəkkil cinayətkarlıqla mübarizənin də müzakirə olunduğunu vurğulayıb.
Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır
Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb
Neft ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB
Azərbaycan qızıl istehsalını yüksəldib
Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə