Rəqabət orqanının qərarı əsasında bazarın monitorinqinin aparılması qaydaları təsdiqlənib

Rəqabət orqanının qərarı əsasında bazarın monitorinqinin aparılması qaydaları təsdiqlənibRəqabət orqanının qərarı əsasında bazarın monitorinqinin aparılması, monitorinqin nəticələrinə dair aktın forması və tərtib edilməsi Qaydaları təsdiqlənib.
Maliyyə institutlarının hökmran mövqeyinin müəyyən edilməsi şərtləri müəyyənləşib
FED.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.
Rəqabət orqanı tərəfindən bazarın monitorinqi plan üzrə (növbəti) və plandankənar (növbədənkənar) aparılır. Monitorinq 30 (otuz) iş günündən artıq olmayan müddətdə aparılır. Monitorinqin aparılması üçün əlavə müddət tələb olunduqda, rəqabət orqanının əsaslandırılmış qərarına əsasən monitorinqin müddəti hər dəfə 30 (otuz) iş günü müddətinə uzadılmaqla 90 (doxsan) iş gününədək artırıla bilər. Rəqabət orqanının əsaslandırılmış qərarına əsasən monitorinq aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 6 (altı) aydan çox olmamaqla dayandırılır:
- rəqabət orqanının təşəbbüsü ilə monitorinqə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə – mütəxəssisin və ya ekspertin rəyi monitorinqə təqdim edilənədək;
- monitorinqin obyektiv və dolğun keçirilməsi üçün zəruri olan sənədlər, o cümlədən rəqabət orqanının sorğusuna cavab müvafiq mərkəzi icra hakimiyyəti orqanları və ya icra hakimiyyəti orqanları yanında fəaliyyət göstərən digər qurumlardan və Rəqabət Məcəlləsinə əsasən digər müvafiq bazar subyektindən alındıqda – onlardan cavab alınanadək;
- monitorinqin obyektiv və dolğun keçirilməsi üçün zəruri olan sənədlər, o cümlədən rəqabət orqanının sorğusuna cavab xarici ölkədən alındıqda – xarici ölkədən cavab alınanadək;
- iqtisadi, tənzimləyici, inzibati və sosial amillər təşəkkül tapdıqda – həmin hallar aradan qalxanadək;
- monitorinqin aparılmasına mane olan digər hallar olduqda – həmin hallar aradan qalxanadək.
Monitorinqin dayandırıldığı müddət monitorinqin ümumi müddətinə daxil edilmir. Qeyd olunan hallar aradan qalxdıqda rəqabət orqanı monitorinqin bərpa olunması barədə qərar qəbul edir, həmin gündən müddət axımı bərpa olunur. Qeyd olunan müddət ərzində həmin hallar aradan qalxmadıqda rəqabət orqanı 15 (on beş) iş günü müddətində monitorinqə xitam verilməsi haqqında qərar qəbul edir.
Plan üzrə (növbəti) bazar monitorinqi rəqabət orqanının tərtib etdiyi illik plan əsasında aparılır. Monitorinqin davamlı aparılması zəruri olan bazarları əhatə edən illik monitorinq planı rəqabət orqanı rəhbəri tərəfindən növbəti il üçün təsdiq edilir. Plan üzrə (növbəti) bazar monitorinqi illik planda göstərilən tarixlərdə aparılır. İllik monitorinq planı yuxarı orqanların tapşırıqları, ölkənin sosialiqtisadi vəziyyəti, rəqabət qanunvericiliyinin pozulmasına dair bazar subyektləri və ayrı-ayrı şəxslərdən daxil olan sənədlər, məlumatlar və müraciətlər, mediada (eləcə də sosial şəbəkələrdə) dərc olunan (yayımlanan) rəqabət qanunvericiliyinin pozulması əlamətlərini əks edən, müştərilərin hüquqlarına və qanuni mənafelərinə, bazarda rəqabət vəziyyətinə xələl gətirən məlumatlar, habelə Rəqabət Məcəlləsində göstərilmiş məqsədlər nəzərə alınmaqla hazırlanır.
Plan üzrə (növbəti) bazar monitorinqinin növbəti il üzrə illik planı rəqabət orqanının rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən dekabrın 1-dən gec olmayaraq təsdiqlənir. Rəqabət orqanı müvafiq məhsul bazarında bir neçə dövlət orqanı (qurumu) ilə birgə monitorinq apara bilər.
Rəqabət orqanı tərəfindən plandankənar (növbədənkənar) monitorinqlər yuxarı orqanların təcili tapşırıqları, ölkənin sosial-iqtisadi vəziyyətində ciddi dəyişikliklərin əlamətləri olduqda, rəqabət qanunvericiliyinin pozulmasına dair bazar subyektləri və ayrı-ayrı şəxslərdən daxil olan sənədlərin, məlumatların və müraciətlərin məzmununda təxirəsalınmaz tədbirlərin görülməsinə dair əsaslar olduqda, bazar subyektləri arasında qiymətlərin razılaşdırılmasına yönəlmiş sazişlər və ya qiymət manipulyasiyasına dair ciddi şübhələr olduqda, mediada (eləcə də sosial şəbəkələrdə) dərc olunan (yayımlanan) rəqabət qanunvericiliyinin pozulmasına dair mühüm əlamətləri əks edən məlumatlardan biri olduğu hallarda, rəqabət orqanının qərarı əsasında aparıla bilər. Rəqabət orqanı plandankənar (növbədənkənar) monitorinqin aparılmasını zəruri hesab etmədiyi təqdirdə bu monitorinqin növbəti il üçün plan üzrə (növbəti) bazar monitorinqi planına daxil edə bilər.
Monitorinq rəqabət orqanının rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən imzalanan qərar əsasında aparılır. Monitorinqin aparılmasına birbaşa cavabdeh olan rəqabət orqanının struktur bölməsinin rəhbəri (şöbə (müstəqil sektor) müdir) qərarla müəyyən edilir. Monitorinq yalnız onun aparılması haqqında qərarda göstərilən vəzifəli şəxs və (və ya) şəxslər tərəfindən aparılır. Monitorinqi aparılan müvafiq məhsul bazarı haqqında məlumatların toplanmasında, monitorinqin nəticələrinin təhlili və qiymətləndirilməsində sistemliliyin, monitorinqin effektivliyinin, şəffaflığının, monitorinqin prosesinin sadələşdirilməsinin təmin olunması məqsədilə rəqabət orqanı tərəfindən monitorinqlər zamanı monitorinq suallarının siyahısından istifadə olunmalıdır. Monitorinq sualları monitorinqin aparılmasına birbaşa cavabdeh olan rəqabət orqanının struktur bölməsinin rəhbəri (şöbə (müstəqil sektor) müdir) tərəfindən orqanın rəhbəri və ya onu əvəz edən şəxslə razılaşdırılmaqla təsdiq edilir. Monitorinq sualları monitorinqin aparılması haqqında qərara əlavə edilir və onun tərkib hissəsidir. malıdır.
Monitorinqin aparılması haqqında qərarda göstərilmiş vəzifəli şəxs və (və ya) şəxslər monitorinqi qərarda göstərilmiş yerlərdə və müddətdə iş vaxtında və iş günlərində aparmalıdırlar. Müvafiq məhsul bazarlarında monitorinqlər müşahidə və baxış formasında həyata keçirilir. Monitorinq zamanı sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi ictimaiyyətə açıq olmayan yerlərə gəlməklə monitorinqin aparılmasına yol verilmir. Monitorinqin aparılması və qoyulmuş sualları monitorinqi aparan vəzifəli şəxs və (və ya) şəxslər vizual baxışla müəyyən etməlidirlər. Monitorinqin aparılması və qoyulmuş sualları monitorinqi aparan vəzifəli şəxs və (və ya) şəxslər sahibkarlıq subyekti ilə dəqiqləşdirmək zərurəti yarandığı təqdirdə suallarını sadəcə müştəri qismində bazar subyektinə və ya bazar subyektinin hər hansı işçisinə verə bilərlər. Monitorinqlər bazar subyektinin normal iş rejimini pozmamalıdır. Monitorinqin predmetinə aid olan məsələlərin aydınlaşdırılması məqsədilə rəqabət orqanı monitorinqə aid sənədlərin və məlumatların alınması üçün dövlət və yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə və digər bazar subyektlərinə müraciətlər göndərə bilər. Müraciətə "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ən qısa müddətdə, lakin 7 (yeddi) iş günündən gec olmayan müddətə cavab verilməlidir. Monitorinq zamanı monitorinqi aparan vəzifəli şəxs və (və ya) şəxslər əsaslı qərar qəbul etmək üçün bütün fakt və məsələləri, o cümlədən monitorinqi aparılan müvafiq məhsul bazarının iştirakçıları üçün əlverişli olan halları aydınlaşdırmalıdır. Monitorinq zamanı monitorinqi aparan vəzifəli şəxs və (və ya) şəxslər monitorinqin foto, video çəkilişini və səs yazılışını müştəri qismində apara bilərlər. Monitorinq zamanı ekspertin və (və ya) mütəxəssisin dəvət edilməsi, tərcüməçinin iştirakı Məcəlləyə uyğun həyata keçirilir.
"Bazar monitorinqinin nəticələrinə dair akt" monitorinq başa çatdıqdan sonra 10 (on) iş günü müddətində "Bazar monitorinqinin nəticələrinə dair aktın tərtib edilməsi Qaydası"nda göstərilən tələblərə uyğun olaraq tərtib edilir. Aktda monitorinq zamanı aşkar edilmiş faktlar aydın və dəqiq göstərilməlidir. Akta monitorinqin aparılması üçün edilmiş bütün hərəkət və prosedurları, aşkar edilmiş halları və monitorinqin nəticələri üzrə təklifləri özündə əks etdirən dolğun və hərtərəfli hazırlanmış arayış əlavə edilir və arayış aktın tərkib hissəsidir. Monitorinq zamanı əhəmiyyət kəsb edən faktları və halları əks etdirən fotoşəkillər və audiovizual materiallar da akta qoşma kimi əlavə edilir. Akt monitorinqi aparan vəzifəli şəxs və (və ya) şəxslər tərəfindən tərtib edilir və imzalanır.
Monitorinq materiallarına baxılmasının nəticələri üzrə rəqabət orqanı 15 (on beş) iş günü müddətində aşağıda qeyd edilən qərarlardan birini qəbul edir:
- rəqabət qanunvericiliyinin pozulması halları və ya əlamətləri aşkar edildikdə Məcəllənin tələblərinə uyğun olaraq rəqabət qanunvericiliyinin pozulması hallarının araşdırılması barədə;
- rəqabət qanunvericiliyinin pozulması halları və ya əlamətləri aşkar edilmədikdə qanun pozuntusunun aşkar olunmaması barədə.
Monitorinqi aparan vəzifəli şəxs və (və ya) şəxslər vəzifə borclarının yerinə yetirilməməsinə, vəzifə səlahiyyətlərini aşmasına və bazar subyektinə vurulan zərərə görə qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Biznes     Tarix: 21 dekabr 2024

Oxşar xəbərlər

ATİB-in sədri Mürsəl Rüstəmov Sabancı Universitetinin nümayəndələrini qəbul edib

Oktyabrın 19-da Sabancı Universitetinin Rəhbər Kadrların İnkişafı Bölməsinin (EDU) Beynəlxalq Satış və Biznesin İnkişafi üzrə meneceri Özge Özkan və Beynəlxalq Proqramlar üzrə məsləhətçisi Gülin Kan Yükseltan Azərbaycan-Türkiy

Oxford Economics "McDonald"s Azərbaycan"ın iqtisadiyyata təsirini araşdırıb

Beynəlxalq konsaltinq şirkəti olan "Oxford Economics" "McDonald"s"ın Azərbaycan iqtisadiyyatına təsirini qiymətləndirib. xəbər verir ki, ictimaiyyətə təqdim olunan hesabata əsasən, şirkətin 2025-c

Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq

Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, o cümlədən reklam fəaliyyəti ilə məşğul olmaq haqqında məhdudiyyətlər nəzərdə tutulacaq. xəbər verir ki, bu barədə "Maraqlar toqquşması haqqında" yeni qanu

Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu

Hindistanlı milyarder Mukeş Ambaninin (Mukesh Ambani) nəzarətində olan "Jio Platforms" şirkətinin səhmləri fond birjasında uğurlu debüt edərək onu Hindistanın bazar kapitallaşmasına görə ikinci ən dəyərli şirkətin

Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək

Müvafiq göstərişlər verildi ki, iqtisadi sahədə, o cümlədən ticarət dövriyyəsi sahəsində əməkdaşlıq intensivləşsin. xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatınd

"Sea Breeze" yeni şirkət yaratdı

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) "Sea Breeze Radisson" MMC-ni dövlət qeydiyyatına alıb. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. xəbər verir ki, yeni şirkə

Yeni yaradılan şirkətin sərmayəsindən – 3,4 MİLYON GÖTÜRÜLÜR

"Ses 2026" MMC (VÖEN: 1407814331) nizamnamə kapitalını azaldır. Azərbaycanda 200 min dollarlıq şirkətin – ADI DƏYİŞDİRİLİR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkət nizamnamə kapitalını 6 milyo

Tenderyard Azərbaycanda alış-satışa yeni yanaşma - TƏQDİM EDİR

Azərbaycanda rəqəmsal ticarət imkanları genişləndikcə alıcı və satıcıların bir-biri ilə daha rahat əlaqə qurmasına imkan verən platformalara maraq artır.  xəbər verir ki, bu istiqamətdə fəaliyyət göstərənTenderyard.com alı

Azərbaycanın "ONYX" şirkəti Koreya texnologiya bazarına birbaşa kanal açır – ŞİRKƏT "GLOBAL BUYER" STATUSU İLƏ TƏMSİL OLUNUB

Korporativ İT infrastrukturu üzrə ixtisaslaşan ONYX MMC Cənubi Koreyada keçirilən World Smart City Expo 2026-da Azərbaycanı "Global Buyer" statusunda təmsil edib və Koreya istehsalçıları ilə birbaşa tədarük danışıqların


iqtisadi xeberler investisiya pul qazanmaq dollar manat kursu bitkoin qiymeti