Resessiya qorxuları bir qədər də artıb - GÜNƏ BAXIŞ
Cümə axşamı ABŞ Ticarət Departamentinin açıqladığı birinci rüb üzrə Ümumdaxili Məhsulun (ÜDM) həcminə dair göstəricilərə əsasən, ölkə iqtisadiyyatı ehtimal olunandan az - 1.1% artıb.
ABŞ-da işsizlik müavinəti üçün müraciət edənlərin sayı ötən həftə proqnozlaşrın əksinə olaraq 230 minə düşüb. Gözlənilən ev satışları indeksi isə mart ayında aylıq 5.2% azalma ilə ehtimalların altında qaldı və 2022-ci ilin noyabrından bəri ilk enişini qeyd etdi.
Dünən birjalarda ticarət bağlandıqdan sonra yanvar-mart dövrü üçün balans hesabatını açıqlayan "Facebook", "Instagram" və "WhatsApp"-ın sahibi "Meta"-nın gəlirləri bazar gözləntilərini üstələyib. Maraqlıdır ki, şirkətin səhmlərinin qiyməti 14% artıb.
ABŞ iqtisadiyyatında inkişaf tempinin kəskin aşağı düşməsi eyni zamanda resessiya qorxularını bir qədər də artırıb. Bu da birjalarda risk iştahının azalmasına səbəb olub. Əvəzində "cash" dollara tələbin artması DXY-ın qiymətlərinə dəstək olub. Hazırda 101.30 bənd hədlərində dalğalanan dollar indeksində 103.50 bənd səviyyəsi qırılsa və "buğalar" qiyməti bu həddin üzərində saxlaya bilsələr, dollarda artım dinamikası güclənə bilər.
Digər tərəfdən, bugün Avrozonada və Almaniyada açıqlanacaq İqtisadi İnkişaf Səviyyəsi, həmçinin Almaniyada dərc olunacaq İstehlak Qiymətləri İndeksi göstəriciləri birjalarda volatilliyi daha da artıra bilər.
Təhlil İnvestAZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Biznes plan necə yazılır?
"Freelance" nədir?
İban nədir?
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
Yatırım olmadan necə biznes qurmaq olar?