Roland Prays: "Orta Dəhliz 15 ildə 28 milyard dollar investisiyaya ehtiyac duyacaq"

Roland Prays: Dünya Bankının qiymətləndirmələrinə görə, Orta Dəhlizin infrastrukturuna investisiya ehtiyacları növbəti 15 il ərzində təxminən 28 milyard ABŞ dolları təşkil edəcək.
FED.az xəbər verir ki, bu barədə Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF 2025) bildirib.
Onun sözlərinə görə, kommersiya baxımından həyat qabiliyyətli layihələrin çatışmazlığı və müvafiq olaraq, bu cür böyük infrastruktur layihələrinin həyata keçirilməsi üçün məhdud imkanlar mövcuddur.
"Bunlardan 25 milyard ABŞ dolları dəmir yolları üçün, 1,8 milyard ABŞ dolları isə limanların genişləndirilməsi və modernləşdirilməsi üçün tələb olunur. Bu, əlbəttə, mənim əvvəlki fikrimə uyğundur ki, məhz bu yerlərdə "darboğazlar" yaranır. Buraya müxtəlif nəqliyyat növlərinin kəsişmə nöqtələri - dənizdən dəmir yoluna, dəmir yolundan avtomobil nəqliyyatına kimi nöqtələr daxildir", - R.Prays bildirib.
O qeyd edib ki, məhz burada ləngimələr baş verir və bu məsələləri həll etmək lazımdır:
"Daha bir mühüm problem ondan ibarətdir ki, indi çox sayda ölkələrdən keçməli olursan. Buna görə də dəhlizin istifadəçilərinə keçidi maksimum dərəcədə rahat etmək üçün rəqəmsallaşdırma, prosedurlar və tənzimləmə sahəsində müvafiq yanaşmalar tapmaq vacib nüansdır. Biz dəhlizin inkişafı və gücləndirilməsində çox fəal şəkildə iştirak edirik".
R.Prays vurğulayıb ki, çoxtərəfli inkişaf banklarının mövcud sorğuları tam ödəmək üçün kifayət qədər vəsaiti yoxdur: "Buna görə də biz tərəfdaşlıq modelini daha çox təkmilləşdiririk, özəl kapitalı cəlb edir və hökumətlərlə məhz bu istiqamətdə işləyirik. Bizim xarici planımız tərəfdaşlıqlar yaratmaq və inkişaf mütəxəssislərini birləşdirməkdən ibarətdir". (Report)

İnvestisiya     Tarix: 22 sentyabr 2025

Oxşar xəbərlər

AMB investisiya şirkətləri üçün kapital tələblərini yenilədi

"2024-2026-cı illərdə maliyyə sektorunun inkişafı Strategiya"sına uyğun olaraq, kapital bazarları iştirakçılarının dayanıqlı fəaliyyətinin təmin edilməsi, həmçinin beynəlxalq tənzimləmə standartlarına uyğunluq səviyyəsini

Çexiyanın Azərbaycana ümumi investisiya qoyuluşu açıqlanıb

Çexiyadan Azərbaycana birbaşa investisiyalar 74 milyon ABŞ dollarına çatıb. xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin nümayəndəsi Yusif Abdullayev Azərbaycan-Çexiya Biznes Forumunda bildirib. Onun sözlərinə görə, investisiy

"PAŞA Holdinq" Gürcüstana - 60 milyon dollar yatırıb

Azərbaycanın iri biznes qruplarından biri olan "PAŞA Holdinq"in kommersiya və beynəlxalq layihələr üzrə icraçı direktoru Elçin Qədimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. xəbər verir ki, görüşdə "PAŞ

Prezident II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu iştirakçılarına müraciət ünvanlayıb - TAM MƏTN

Prezident İlham Əliyev Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu iştirakçılarına müraciət ünvanlayıb. xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli Forum iştirakçıları!. Sizi 2-ci Azərbaycan Beynəlxal

Bu şirkətlər Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsindən çıxarılır - FƏRMAN

Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısına dəyişiklik edilib. xəbər verir ki, Prezident İlham Əliyev bununl

Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları - AÇIQLADI

Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə investorlar üçün Azərbaycanda maraq doğuran məqamları açıqlayıb. xəbər verir ki, dövlət başçısı bununla bağlı deyib:. "Transmill

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda sənədlər mübadilə edilib - FOTOLAR

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlərin sentyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə mübadiləsi mərasimi olub. xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məluma

Prezident: "Bu gün 2 mühüm sənəd imzalanacaq"

Azərbaycan Prezidenti İlham Əliyev bu gün iki mühüm müqavilənin imzalanacağını açıqlayıb. xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev onun himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiy

İlham Əliyev "Neuberger Berman" şirkətinin sədri və baş icraçı direktorunu qəbul edib

Sentyabrın 25-də Azərbaycan  Prezidenti İlham Əliyev dünyanın aparıcı investisiya şirkətlərindən olan "Neuberger Berman"ın sədri və baş icraçı direktoru Corc Volkeri qəbul edib. xəbər verir ki, söhbət zamanı Preziden


iqtisadi xeberler internetden pul qazanmaq iqtisadiyyat xeberleri biznes ideyalari dollarin kursu bu gun