Rövşən Abdullaoğlunun imza mərasimində izdiham

Rövşən Abdullaoğlunun imza mərasimində izdihamMüasir ədəbiyyatımızın ən çox oxunan müəlliflərindən olan Rövşən Abdullaoğlunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 11-15 noyabr tarixlərində təşkil etdiyi IX Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində oxucularla görüşü və imza mərasimi keçirilib.
Bakı Ekspo Mərkəzində baş tutan görüşdə bu dəfə də böyük izdiham yaşanıb. Yüzlərlə oxucunun iştirakı ilə keçək müzakirə və sual-cavab saatının ardınca imza mərasimi baş tutub. Günorta saat 2-də başlayan imza mərasimi axşam saat 8-də yekunlaşıb. 
Tədbir zamanı Rövşən Abdullaoğlu yeni layihələri, üzərində işlədiyi kitablar, planlaşdırdığı səfərlər haqqında məlumat verib. Daha sonra bir neçə gün əvvəl müjdəsini verdiyi uşaq kitablarını sərgi salonunda oxucularına təqdim edib. Yazıçı Afrika səfərlərinin bəhrəsi olan və 6 kitabdan ibarət "Ləpirçinin macəraları" silsiləsindən hələlik ilk 2 kitabın – "Xilaskar" və "İlk səfər" nağıllarının işıq üzü gördüyünü bildirib. O, gələcək yaradıcılığında uşaq kitablarına, xüsusilə uşaqların fərdi inkişafına yönəlmiş əsərlərə yer verəcəyini qeyd edib.
Son illərin ən çox satılan əsəri "Bu şəhərdə kimsə yoxdur" romanı haqqında sualı cavablandırarkən isə R.Abdullaoğlu tezliklə adıçəkilən əsərin əsasında teleserial çəkiləcəyini və artıq bununla bağlı yerli telekanallardan biri ilə razılaşdıqlarını da açıqlayıb. Serialın artıq bu ilin sonlarında yayımlanmağa başlanacağı gözlənilir.
Müəllif "Relslər üzərinə uzanmış adam" romanının da ssenarisini Mədəniyyət Nazirliyinin keçirdiyi film müsabiqəsinə təqdim edildiyini də bildirib.
Qeyd edək ki, beş gün davam edən sərgidə Mədəniyyət Nazirliyinin apardığı sorğuya əsasən, Rövşən Abdullaoğlu "Ən çox oxunan müəllif" nominasiyasının qalibi olub. Bununla əlaqədar yazıçı nazirlik tərəfindən xüsusi mukafata layiq görülüb.
Rövşən Abdullaoğlunun imza mərasimində izdihamRövşən Abdullaoğlunun imza mərasimində izdihamRövşən Abdullaoğlunun imza mərasimində izdihamRövşən Abdullaoğlunun imza mərasimində izdihamRövşən Abdullaoğlunun imza mərasimində izdihamRövşən Abdullaoğlunun imza mərasimində izdihamRövşən Abdullaoğlunun imza mərasimində izdihamRövşən Abdullaoğlunun imza mərasimində izdihamRövşən Abdullaoğlunun imza mərasimində izdihamRövşən Abdullaoğlunun imza mərasimində izdiham/ marja.az

Maraqlı     Tarix: 17 noyabr 2023

Oxşar xəbərlər

Xaricdə təhsil alanlar üçün mühüm tarix – DİM imtahan keçirəcək

Sentyabrın 29-da xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçiriləcək. Bu barədə DİM-dən məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixl

"Landau" sərhədləri aşdı – Özbəkistanda 2 yeni məktəb

Azərbaycanın "Landau Education Group" təhsil şirkəti Özbəkistanda iki yeni məktəb açıb. xəbər verir ki, avqustun 23-də Özbəkistanda "Landau" adına iki STEAM (Science, Technology, Engineering, and Mathematics

Süni intellekt bizi zənginləşdirəcək, yoxsa sadəcə şirkətləri?

Təsəvvür edin, ölkənin ÜDM-i artır, şirkətlər rekord mənfəət açıqlayır, amma sizin maaşınız demək olar ki, dəyişmir. Süni intellekt iqtisadiyyatı daha məhsuldar edə bilər. Amma məhsuldarlığın artması avtomatik olaraq insanları

Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama

"Nvidia"nın baş direktoru Censen Huanq verdiyi müsahibədə 2030-cu ildə dünyanın sonunun gəlmə ehtimalının sıfır faiz olduğunu bildirib. "Nvidia Corp."un baş direktoru Censen Huanq süni intellektin bəşəriyyə

Vəliyevin universitetinin xalis mənfəəti 7,6 milyon manata çatıb – 42%-lik artım

"Odlar Yurdu Universiteti" 2025-ci ili 7 milyon 572,9 min manat xalis mənfəətlə başa vurub. universitetin audit olunmuş konsolidə edilmiş maliyyə hesabatına istinadən xəbər verir ki, 2024-cü ildə ali təhsil müəssisəsini

Etimad böhranı və 40 trilyon dollarlıq borc: dünya iqtisadiyyatı niyə ABŞ-dən uzaqlaşır?

Amerikanın qlobal iqtisadi sabitliyin dayağı kimi mövqeyi əvvəlki qədər möhkəm görünmür. Tramp administrasiyası artan dövlət borcu ilə üzləşir və sanksiyalardan xarici siyasət aləti kimi daha fəal istifadə edir. Müəllif

Meta "Muse Spark 1.3" süni intellekt modelini istifadəyə verib

"Meta Platforms" indiyədək hazırladığı ən güclü süni intellekt modeli kimi təqdim etdiyi "Muse Spark 1.3"ü istifadəyə verib. Marja xəbər verir ki, Şirkətin Süni İntellekt üzrə Baş direktoru Aleksandr Van

"McDonald’s Azərbaycan" Badamdar qəsəbəsində yeni restoran açıb - FOTO

"McDonald’s Azərbaycan" şəbəkəsini genişləndirərək paytaxt sakinlərini sevindirməyə davam edir: şirkətin 35-ci restoranı Badamdar qəsəbəsində, Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi, 210-cu giriş ünvanınd

Satışı artıran sehrli formul

Satışları artırmaq üçün nə lazımdır? Daha böyük reklam büdcəsi? Daha çox satış əməkdaşı? Yoxsa daha çox müştəri?. Bankçılıq, Məhsulların İdarə edilməsi və həyat sığortası sahələrində qazandığım təcrübə mənə bir şeyi öyrədib


iqtisadi xeberler bitcoin qiymeti dollar məzənnəsi rubl mezenne bitkoin