Rubl ilə bağlı bədbin proqnoz
Avqust ayında Rusiyada vergi ödənişlərinin pik həddə çatmasına, bununla əlaqədar ixracatçıların daha çox valyuta satmalarına baxmayaraq Rubl ucuzlaşır. Marja.az xəbər verir ki, dolların məzənnəsi 95 rubldan da yuxarı qalxıb.
Dolların məzənnəsi Bakı vaxtı ilə saat 17.21-də 22 qəpik artaraq 95,09 rubl, yuan 7 qəpik artaraq 13,04 rubl, avro 25 qəpik artaraq 102,90 rubl təşkil edib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
Vergilərin öənilməsi dövrü olan Avqust ayında ixracatçılar tərəfindən daha çox xarici valyuta satışına baxmayaraq, Rusiya valyutasının məzənnəsi cümə günü günortadan sonra aşağı düşüb.
İxracatçıların valyuta gəlirlərinin satışında pik səviyyə növbəti bazar ertəsi (28 avqustda) gözlənilir. Buna baxmayaraq avqustun vergi dövrü rublun sabit möhkəmlənməsinə səbəb olmadan başa çatır və həftəsonu ucuzlaşıb.
Bakı vaxtı ilə saat 18.19-da Brent neftin dəyəri 1,2% bahalaşma ilə bir barreli üçün 84,35 dollar təşkil edib. Neftin bahalaşması da rublu dəstəkləmir.
Hakimiyyət orqanları ilə razılaşmalar çərçivəsində həyata keçirilməli olan gözlənilən əlavə valyuta satışı rublun sürətlə zəifləməsinin qarşısını almağa yönəlib. Lakin artıq belə əməliyyatların təsir hiss olunmur.
İqtisadçılar bildirir ki, qarşıdakı həftədə, avqust vergilərinin ödənilməsindən sonra, dolların 95 rubldan yuxarı qalxma riskləri artacaq.
Vergi dövrü başa çatdıqdan sonra dolların məzənnəsinin ilk olaraq 98 rubla, avronun 105 rubla, yuanın 13,25 rubla yüksələcəyi proqnozlaşdırır.

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
Fond birjası nədir?
Biznes təlimlər və tədris üsulları
Digital Card nədir?
Green Card nədir və onu necə əldə etmək olar?
Whatsapp biznesin üstünlükləri nələrdir?