Rubl reanimasiyada: Neftin bahalaşması ona nə üçün kömək etmir?

Rubl reanimasiyada: Neftin bahalaşması ona nə üçün kömək etmir?Bəzi OPEC+ ölkələrinin neft hasilatını əlavə azaltmaları barədə sürpriz qərarlardan sonra, son günlər neft qymətlərinin yüksəlməsi Rusiya rublunu dəstəkləməyib. Dolların qiyməti 79 rublu, avronun qiyməti 87 rublu keçib.
Marja-nın məlumatına görə, bu onunla izah olunur ki, hazırda rublun məzənnəsi neft qiymətlərindən daha çox uzunmüddətli fundamental faktorlara (bazarının vəziyyətinə təsir edən əsas iqtisadi və siyasi faktorlara) reaksiya verir. Uzünmüddətli fundamental faktorlar ilə bağlı proqnozlar bədbindir. 
Rublun ucuzlaşmasının ikinci səbəbi Rusiyanın ixrac gəlirlərinin azalması ilə əlaqədar olaraq böyük dövlət büdcəsi kəsiridir. 
Eyni zamanda, Rusiyanın idxalı iki-üç il əvvəlki səviyyələrə qayıdır, bu da dollar və avroya tələbin artmasına səbəb olur.
Bütün bunlar daxili bazarda xarici valyutaya tələblə onun təklifi arasında disbalansın artmasına gətirib çıxarır.
Neftin qiymətinin artması Rusiyanın valyutası üçün müsbət amildir, çünki bu, ixrac gəlirlərini və büdcəyə vergi daxilolmalarını artıracaq. Digər tərəfdən, büdcə kəsirinin qısa müddətdə azalacağı gözlənilmir. Neft qiymətlərinin artması Rubl üzərindəki təzyiqlərə azaldıcı təsir edir, amma vəziyyəti tam tərsinə (rublun bahalaşmasına) çevirə bilmir.
Son günlər qiymət artımına baxmayaraq, ümumilikdə, bu il neft və qaz gəlirlərinin azalması rublun möhkəmlənməsinə imkan vermir. Aprel ayında Dolların 80 rubl səviyyəsinə yüksələcəyi gözlənilir. 
OPEC+ üzvlərinin neft hasilatını gözlənilməz azaltmaları, qiymətləri ixracatçılar üçün məqbul səviyyədə saxlamağa kömək etməlidir. Ancaq görünür, bu, rubla kömək etməyəcək - Rusiyanın milli valyutasının məzənnəsinin neft kotirovkaları ilə əlaqələndirilməsi keçmişdə qalır.
Ən böyük neft hasil edən ölkələr may ayından 2023-cü ilin sonuna qədər mövcud kvotadan artıq gündəlik hasilatı azaltmaq qərarına gəliblər.  Səudiyyə Ərəbistanı gündəlik neft hasilatını 500 min barel, BƏƏ 144 min barel, Küveyt 128 min barel, Qazaxıstan 78 min barel, Əlcəzair 48 min barel, Oman 40 min barel azaldacaq. Azalma gündəlik 1,1 milyon bareldən çox olacaq. Rusiya da hasilatın könüllü olaraq azaldılmasını gündəlik 500 min barel olmaqla ilin sonuna qədər uzadıb. Ümumilikdə, 2023-cü ilin sonuna qədər bazar gündə 1,66 milyon barel neftdən məhrum olacaq.
Xəbər əsl sürpriz oldu - çoxları gözləyirdi ki, ixracatçı ölkələr belə qəti addım atmağa cəsarət etməyəcəklər. Bazar dərhal reaksiya verdi. Qərarın açıqlanmasından sonra Brent və WTI markalı neftin may fyuçerslərinin qiymətləri yeddi faizdən çox artdı. Brent kotirovkaları martın əvvəlindəki səviyyəyə qayıtdı - barel üçün 86 dollar. Sonra qiymətlər bir qədər düşüb və hazırda Brent neftinin qiyməti 84 dolar səviyyələrindədir. / marja.az

Maliyyə     Tarix: 05 aprel 2023

Oxşar xəbərlər

Metallurgiya ixracında müsbət dinamika - Qara metal ixracı 24,6%, alüminium ixracı 44,6% artıb

2026-cı ilin yanvar-may aylarında qara metallar və onlardan hazırlanan məmulatların ixracı 46 milyon 428,6 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 37 milyon 257,6 min dollar idi. Dəyər ifadəsində artı

Alıcılara 8 ayda 169 milyon manatdan çox ƏDV qaytarılıb

2026-cı ilin yanvar – avqust ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

Xarici ticarətdə 11 milyard manatdan çox müsbət saldo yaranıb

Dövlət Statistika Komitəsi "Xarici ticarət əlaqələri haqqında" başlığı ilə məlumatlar açıqlayıb. Qeyd edilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanı

Ərazilərin minalardan təmizlənməsinə ötən il 74,8 milyon manat xərclənib

Ötən il azad olunmuş ərazilərin minalardan təmizlənməsinə xərclənən vəsait açıqlanıb. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbayca

Yeni nəsil nəzarət-kassa aparatları 8 ayda 20,4 milyard manat dövriyyəni qeydə alıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. Xidmtin yaydığı məlumatda bildirilir ki, indiyədək ölkə ərazisind

Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib

2026-cı ilin ilk 5 ayında Azərbaycana 17 milyon 923,4 min dollar dəyərində süd və qaymaq idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 11 milyon 358,8 min dollar idi. Dəyər ifadəsində idxal 6 milyon 564,6 min dolla

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 13–19 iyul 2026-cı il tarixlərində qlobal maliyyə bazarlarında əsa

Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb

2026-cı ilin yanvar-iyul aylarında ölkədə 76 milyard 817,7 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsinin açıqladığ

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə 15–21 iyun 2026 həftəsində valyuta və əmtəə bazarlarında əsas hərəkətveric


iqtisadi xeberler iqtisadiyyat xeberleri valyuta xeberleri biznes qurmaq online pul qazanmaq