Rubl və lirə dəyərdən düşür, manatı nə gözləyir? - AÇIQLAMA

Rubl və lirə dəyərdən düşür, manatı nə gözləyir? - AÇIQLAMABir müddətdir Rusiya və Türkiyənin milli valyutaları dollara nisbətən dəyər itirməkdə davam edir. Ötən bir ay ərzində rubl dollara nisbətən 7 faizə yaxın dəyər itirib. Qardaş ölkə Türkiyədə keçirilən seçkidən sonra hazırda 1 dollar almaq üçün 24 lirəyə yaxın vəsait ödəmək lazımdır.
Hər iki valyutaya edilən təzyiqlər fonunda manatın vəziyyəti ilə bağlı narahatlıqlar yaranıb.
KONKRET.azMetbuat.az-a istinadla xəbər verir ki, iqtisadçı-ekspert Elman Sadıqov bildirib ki, Azərbaycanın ticarət tərəfdaşları olan ölkələrin valyutalarının dəyər itirməsi Azərbaycan manatına müəyyən dərəcədə təzyiq formalaşdırır:
"Qeyd edim ki, bu təzyiq daha çox ikitərəfli əlaqələrdə və ticarət dövriyyəsində, yəni idxal, ixrac əməliyyatlarında ortaya çıxır. Rusiyada rublun dəyərdən düşməsi çox böyük bir itki deyil. Faktiki olaraq uzun müddət bir dollar 75-76 rus rublu olub. Ticarət əlaqələrində də bu kursa adaptasiya olunub. Yəni bu kurs Azərbaycan üçün ciddi bir təzyiq deyil. Ümumiyyətlə, rublun dəyərinin 85 rubla qədər olması Azərbaycan üçün ciddi bir təzyiq formalaşdırmır, əksinə, Rusiyadan idxal etdiyimiz taxıl məhsulları və digər məhsulların qiymətlərinə müsbət təsir göstərir".
Türkiyə lirəsində vəziyyətin nisbətən fərqli olduğunu ifadə edən ekspert qeyd edib ki, Azərbaycanın Türkiyə ilə ticarət əlaqələri manata çox ciddi təzyiq formalaşdıracaq səviyyədə deyil:
"Azərbaycan Türkiyəyə ən çox enerji məhsulları – nef və qaz ixrac edir. Onların da qiyməti dollarla müəyyən olunur. Ona görə də lirənin hansı səviyyədə olması bizə az təsir edir. Çünki ödənişlər dollarla və yaxud həmin günün lirə kursu ilə ödənilə bilər. Amma Türkiyənin çətin vəziyyətə düşməsi, ödənişlərin gecikməsi isə tamam başqa bir məsələdir".
Elman Sadıqov hesab edir ki, Türk lirəsinin və yaxud Rusiya rublunun dəyərdən düşməsinin manata ciddi təzyiq formalaşdıracağı fikri şişirdilmiş fikirlərdir:
"Ehtimal edilən xüsusi zərər ilə bağlı narahatlıqlar daha çox meyvə ixracında və digər kənd təsərrüfatı məhsulları ilə bağlı ola bilər. Amma bizim ixracımız, xüsusilə Türkiyəyə enerji məhsulları olduğu üçün bu təzyiqin çox yüksək olduğunu düşünmürəm.Türkiyədən idxal etdiyimiz məhsulların bir hissəsi ölkəmizdə istehsal olunmur. Hazırda lirənin dəyərdən düşməsi gündəlik tələbat malları, xüsusilə geyim məhsullarının qiymətlərinə müsbət təsir göstərir ki, bu da əhalinin rifahına uyğundur. Nəticədə bir az daha aşağı qiymətlə məhsul almış olacağıq".

Xəbərlər     Tarix: 10 iyun 2023

Oxşar xəbərlər

AQTA qəfil qaraja daxil olub - Minlərlə şübhəli məhsul tapılıb

Vətəndaş müraciəti əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan qəsəbəsi, Minutka küçəsi ünvanında yerləşən "Best for Bar" MMC-yə məxsu

Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT

2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi

Çin mənzil bazarını canlandırmaq üçün yeni tədbirlər görür

Çin, maliyyə sistemini təhdid edə biləcək daha da zəifləmə ilə bağlı narahatlıqlarla mübarizə aparan mənzil bazarını canlandırmaq üçün yeni tədbirləri nəzərdən keçirir. xəbər verir ki, məsələ ilə tanış olan insanların sözlərin

Bu şəxslərin pensiyası ARTIRILDI

1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör

G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək

Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd

Məktəblərdə davamiyyətə nəzarətlə bağlı süni intellektdən istifadə ediləcək

Təhsil sistemində səmərəliliyin artırılması məqsədilə süni intellektin tətbiqi xidmətlərinin satın alınması ilə bağlı açıq tender elan edilib. xəbər verir ki, Elm və Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılmas

"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu

"Karabakh Group" şirkətinin Baş icraçı direktoru vəzifəsinə yeni təyinat olub. xəbər verir ki, şirkətin Baş icraçı direktoru vəzifəsinə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Baş katibi Ziya Hacılı təyina

Vətəndaşlara XOŞ XƏBƏR: Kredit riskləri sığortalanacaq - VİDEO

Artıq kredit risklərinin sığortalanması tətbiq oluna bilər ki, bu da gələcəkdə kredit faizlərinin azalmasına təsir göstərə bilər. Yeni mexanizm istehlak və ipoteka kreditləri üzrə risklərin sığortalanmasını əhatə edir. B


iqtisadi xeberler telefonla pul qazanmaq iqtisadiyyat xeberleri internetden pul qazanmaq kripto