Rublun ucuzlaşması Azərbaycana necə təsir edir? – ŞƏRH

Rublun ucuzlaşması Azərbaycana necə təsir edir? – ŞƏRH"Bu həftə ərzində rubl dollara nisbətən 7.0 faizə yaxın dəyər itirib. Artıq 1 dollar almaq üçün 95 rubl ödəmək lazımdır. Rusiya Mərkəzi Bankının cəhdlərinə rəğmən rublu qorumaq çətinləşir. 2023-cü ildə Rusiya pulu 30.0 faiz ucuzlaşıb. Son 1 ildə isə rubl 34.0 faiz dəyərsizləşib. Sanksiyaların Rusiya iqtisadiyyatına real təsirləri hiss edilməkdədir".
KONKRET.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov bildirib.
Deputat qeyd edib ki, Rusiyanın enerji gəlirlərində də kəskin azalmalar qeydə alınmaqdadır:
"Beynəlxalq Enerji Akademiyasının məlumatına görə, bu ilin birinci yarısında Rusiyanın neft ixracatı 120.4 milyard dollardan 77.4 milyard dollaradək azalıb. Bu o deməkdir ki, Rusiyanın neft gəlirlərində 65.0 faiz azalma var. Ümumi ixracatdakı azalmalar rubla təzyiqi daha da artırıb".
V.Bayramov əlavə edib ki, dollara uduzan rubl manata nisbətən də dəyər itirir:
"2023-cü ilə Azərbaycan milli valyutasına nisbətən 2,4 qəpik məzənnə ilə başlayan rublu almaq üçün indi 1,8 qəpik ödəmək lazımdır. Rusiya Azərbaycanın qeyri-neft ixracatında ən böyük ticarət tərəfdaşıdır və bu baxımdan rublun zəifləməsi manatın nominal effektiv məzənnəsini daha da möhkəmləndirir. Bu isə o deməkdir ki, Azərbaycan qeyri-neft ixracat bazarlarının mümkün qədər daha tez diversifikasiyasına çalışmalıdır.
Bütövlükdə, Rusiyanın valyuta gəlirlərinin azalması fonunda şimal qonşumuzun iqtisadiyyatındakı çağrışların dərinləşəcəyi gözləniləndir. Rusiyada fəaliyyətini davam etdirən Azərbaycanlı iş adamlarının da həm yığımlarını, həm də sərmayə qoyluşlarını şaxələndirmələri çox vacibdir".

Xəbərlər     Tarix: 04 avqust 2023

Oxşar xəbərlər

Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI

Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind

"Azəridad" toyuq kolbasasında tük tapıldı - MÜƏSSİSƏ BAĞLANDI

Mediada "Azəridad" əmtəə nişanlı toyuq kolbasasında toyuq tükünün aşkar olunması ilə bağlı yayılan məlumat əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxano

AQTA qəfil qaraja daxil olub - Minlərlə şübhəli məhsul tapılıb

Vətəndaş müraciəti əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan qəsəbəsi, Minutka küçəsi ünvanında yerləşən "Best for Bar" MMC-yə məxsu

Qızılın qiyməti BAHALAŞDI

"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb

Aviabiletlər əlçatan olacaq: Azərbaycana aşağıbüdcəli aviaşirkətlər cəlb ediləcək

Azərbaycanda hava gəmisi istismarçılarının uçuş coğrafiyasının genişləndirilməsi, mövcud destinasiyalar üzrə uçuş tezliyinin, həmçinin aviabilet qiymətlərinə əlçatanlığın artırılması və regional hava limanlarının potensialında

Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO

Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd

Neft bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə


iqtisadi xeberler pul qazanmaq dollar mezenne avtomobil xeberleri kripto