Rumıniyada enerji böhranı: Fabrik istehsalı dayandırdı
Rumıniyanın ən böyük kimya zavodu "Chimcomplex Borzesti" artan enerji qiymətləri səbəbiylə istehsalı 14 gün müddətinə dayandırıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Buxarest Birjası məlumat yayıb.
Bildirilib ki, bu müddət ərzində işçilərin əmək müqavilələri dayandırılıb və qüvvədə olan qanunvericiliyə uyğun olaraq əmək haqlarının 75 faizi ödəniləcək.
Qeyd edək ki, "Chimcomplex Borzesti" bu ilin birinci yarısında 33,5 milyon avro gəlir əldə edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 40 faiz azdır.
Xatırladaq ki, "Alro Slatina" alüminium zavodu, "Azomureş" gübrə zavodu və "Alum Tulcea" alüminium emalı zavodu da enerji xərclərinin artması səbəbindən fəaliyyətini son aylarda müvəqqəti dayandırıb.
İqbal Rzayev,
KONKRET.az

Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
BOKT İsmayıllıda filialını açır
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
Bank hesabdan xəbərsiz pul çıxara bilərmi? – Akseptsiz tutulmanın qaydaları - MÜSAHİBƏ
Hər 100 manat yığıma 80 manat ödəniş – İcbari avtosığortada diqqətçəkən rəqəm
ƏDV geri al və onun üstünlükləri
Whatsapp biznesin üstünlükləri nələrdir?
Biznesə aid ən yaxşı 10 kitab
Yatırım olmadan necə biznes qurmaq olar?
Ən bahalı otellər hansılardır?