"Rusiya artıq etibarlı təchizatçı deyil" – Ursula von der Leyen
"Rusiya əvvəl Avropanın ən böyük yanacaq təchizatçısı idi, Aİ Rusiyanın qalıq yanacaq resurslarının ən böyük müştərilərindən biri idi, ancaq bu artıq sona çatıb.
Bunu Moldovada səfərdə olan Avropa Komissiyasının prezidenti Ursula von der Leyen bu ölkənin Prezidenti Maya Sandu ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
"Rusiya – "Qazprom" son 8 ayda Avropaya qaz təchizatının 80 faizini kəsib. Lakin biz bunu kompensasiya edə bilmişik, mənbələrimizi diversifikasiya etmişik. Biz Rusiyanı ABŞ, Norveç, Azərbaycan, Əlcəzair kimi etibarlı təchizatçılarla əvəz etmişik. Biz həmçinin enerjimizə qənaət edirik. Qaz anbarlarımız doludur və qışa yaxşı hazırlaşmışıq.
Bir daha vurğulayıram ki, biz Rusiyanın qalıq yanacağından asılılığımızı çox ciddi şəkildə azaltmışıq. Rusiya artıq etibarlı təchizatçı deyil", – o vurğulayıb. / banker.az
Azərbaycan xaricdən ət alışını azaldıb
Azərbaycana 90 milyon 140 min ABŞ dolları dəyərində 38 min 55 ton ət idxal olunub. xəbər verir ki, göstərici bu ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinin məlumatına istinadən verilən məlumata görə
Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır
Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb
Ağ Ev, süni intellekt qanun layihəsinə qarşı çıxır
Ağ Ev rəsmiləri Nvidia-nın Çin və digər rəqib ölkələrə süni intellekt çipləri satışını məhdudlaşdıran qanuna qarşı çıxır. xəbər verir ki, Ağ Ev rəsmiləri Nvidia Corp.-un Çin və digər rəqib ölkələrə süni intellekt çiplərini
Buğda idxalı 1 milyon tonu keçdi
Azərbaycan 1 009 614.31 ton buğda idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarını əhatə edir. Dövlət Gömrük Komitəsinin verdiyi məlumata görə, bu həcmdə buğdanın dəyəri 217 milyon 691 min ABŞ dollar
Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq
30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind