Rusiya Azərbaycanla təbii qaz tədarükünün artırılması barədə razılığa gəlib
Rusiya Azərbaycanla bu ölkənin daxili istehlakı üçün qaz tədarükünün artırılması ilə bağlı razılığa gəlib.
Bu barədə Rusiya Baş nazirinin müavini Aleksandr Novak bildirib.
"Gələcəkdə onlar (Azərbaycan-red) qaz hasilatını artırdıqda biz svop əməliyyatları müzakirə edə biləcəyik", – Baş nazirin müavini bildirib.
O, həmçinin qeyd edib ki, Rusiya Qazaxıstan və Özbəkistan nümayəndələri ilə də bu ölkələrin daxili bazarlarına qaz tədarükünün artırılması ilə bağlı danışıqlar aparır.
Novak qeyd edib ki, Rusiya uzunmüddətli perspektivdə Əfqanıstan və Pakistana təbii qaz ixrac edə bilər.
"Əgər daha böyük perspektivdən danışsaq, o zaman bu, Əfqanıstana, Pakistana qaz ixracıdır: ya Mərkəzi Asiyada infrastruktur layihələrindən istifadə etməklə, ya da İran ərazisindən svop yolu ilə", – Baş nazirin müavini vurğulayıb.
Bundan əvvəl Novak bildirib ki, Rusiya Federasiyası avropalı istehlakçılarla bu ölkədə qovşaq yaradıldıqdan sonra Türkiyə vasitəsilə qaz nəqlinin artırılmasını müzakirə edir və həmçinin Yamal-Avropa qaz kəməri ilə regiona qaz nəqlini bərpa etməyə hazırdır. / banker.az
Azərbaycan qızıl istehsalını yüksəldib
Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə
Neft ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB
Qızılın qiyməti BAHALAŞDI
"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə
Qaz ödənişləri ilə bağlı YENİLİK
İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq
Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO
Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd