Rusiya Hindistana nefti "tavan"dan xeyli aşağı qiymətə satır
Rusiyanın "Urals" markalı nefti dekabrın 5-də neft qiymətlərindəki tavandan sonra dərin endirimlərlə satılır. Rusiya Federasiyasından ən böyük neft alıcısı olan Hindistan Rusiya yanacağını Qərb ölkələrinin müəyyən etdiyi limitdən (60 dollar) xeyli aşağı qiymətə alıb. Bu barədə "Reuters" neft bazarındakı dörd mənbəyə istinadən məlumat yayıb.
Mənbələr bildirirlər ki, Hindistanla dekabrda bağlanmış bəzi sövdələşmələrin şərtlərinə əsasən, "Urals" neftinin "Brent"ə orta endirimi oktyabrda 5-8 dollar/barelə, noyabrda isə 10-11 dollar/bareldən -12-15 dollar/barelə düşüb. Bu o deməkdir ki, bəzi hallarda Rusiya nefti maya dəyərindən 12-15 dollar ucuz satılır, deyə agentlik izah edib.
Banker.az bu barədə "Kommersant"a istinadən xəbər verir.
İki mənbəyə görə, neft embarqosu Rusiyanı Asiya, Avropa və Yaxın Şərqdəki yanacaq tədarükçüləri ilə rəqabət aparmağa məcbur edib, ona görə də Rusiyanın qiyməti aşağı salmaqdan başqa çarəsi yoxdur.
Avropa İttifaqı, G7 ölkələri və Avstraliya dekabrın 5-dən Rusiya neftinin qiymətinin tavanı barədə razılığa gəliblər. Bu sazişə Norveç də qoşulub. Limitlər 60 dollar/barel səviyyəsində müəyyən edilib. "Vedomosti" xəbər verir ki, Rusiya Federasiyası cavab olaraq, tavana qoşulan və ya müqavilədə şərt kimi tavan göstərildiyi və ya tavana bərabər qiymətlər müəyyən edilən ölkəyə neft ixracını qadağan etməyə hazırlaşır.

"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
AMB: Valyuta alışları manat likvidliyini artırır, faizlərə azaldıcı təsir göstərir
Qazaxıstan əcnəbilər üçün bank hesabı açılışında qaydaları dəyişir
"Express Experience" Yay Təcrübə Proqramı – UĞURLA BAŞA ÇATIB
Mərkəzi Bank daşı tərəzinin hansı gözünə qoyacaq? – Faiz qərarı açıqlanır
"Monetri"nin kredit portfeli 30 milyon manatı keçib – aktivləri 38,9 milyon manata çatıb
ZARA-nın uğur hekayəsi
1000 manatla hansı biznesi qurmaq olar?
Biznes qurmaq üçün nə lazımdır?
Layihə menecmenti nədir?
Dünyanın ən varlı 10 müğənnisi