Rusiya neft hasilatının könüllü azaldılmasına sadiqliyini təsdiqləyib
Hazırda Rusiya gündəlik neft hasilatını 2023-cü ilin fevral ayı səviyyəsindən 500 min barel azaldır.
Bunu Rusiya baş nazirinin müavini Aleksandr Novak deyib.
"Hasilatın könüllü azaldılmasının hədəf səviyyəsi fevral səviyyəsindən 2023-cü ilin sonuna qədər gündəlik 500 min bareldir. Monitorinq müstəqil mənbələrə əsasən aparılacaq", – Aleksandr Novak qeyd edib.
Onun sözlərinə görə, Rusiya neft hasilatının könüllü azaldılmasına tam sadiqliyini və həyata keçirilməsini bir daha təsdiqləyir.
Xatırladaq ki, "OPEC+" 2020-ci ilin may ayında koronavirus pandemiyasının səbəb olduğu neftə tələbatın azalması səbəbindən gündəlik neft hasilatını 9.7 mln. barel azaldıb. 2022-ci ilin avqust ayından etibarən alyans bu ixtisarlardan çıxmaq üçün son mərhələyə keçdi, lakin noyabr ayında hasilatı yenidən azaltdı. (Avqust ayı üçün mümkün olan maksimum səviyyədən gündəlik 2 mln. barel) Bu qərar 2023-cü ilin sonuna qədər qüvvədədir.
Bundan əlavə, may ayından etibarən bəzi "OPEC+" razılaşması ölkələri gündəlik neft hasilatını əlavə olaraq 1.66 mln. barel azaldacaq. / banker.az

AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
Ev şəraitində pul qazanmağın yolları
Biznesə aid ən yaxşı 10 kitab
Mcdonalds françayzinqi neçiyədir?
Marketinq nə demədir?
Bill Qeyts kimdir?