Rusiya neftinin qiyməti ucuzlaşdı
Rusiyanın "Ural" markalı neftinin qiyməti təxminən 40 faiz ucuzlaşıb.
KONKRET.az xəbər verir ki, bu haqda Rusiya Maliyyə Nazirliyi açıqlama yayıb.
Açıqlamada, yanvar-aprel dövründə "Ural" neftinin orta qiymətinin 51,05 dollar olduğu bildirilib. Ötən ilin eyni dövründə orta hesabla 84,68 dollara satılan "Ural" neftinin bir barel qiymətinin bir il ərzində 39,7 faiz ucuzlaşması diqqət çəkib.
Qeyd olunub ki, aprel ayında Ural neftinin bir bareli 58,63 dollara alınıb. 2022-ci ilin dekabrında Avropa İttifaqı ölkələri Rusiyadan dəniz yolu ilə daşınan neftin bir barelinin tavan qiymətinin 60 dollar olması barədə razılığa gəliblər.
Çin və Hindistan başda olmaqla Rusiya neftini almağa davam edən bir çox ölkə, mümkün sanksiya risklərinə işarə edərək, Rusiyadan endirimlər tələb edir.
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət
Maaşlardan yığılan vergi 21% artıb
Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki
Qaz ödənişləri ilə bağlı YENİLİK
İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq
Dollar neçəyə olacaq? - AÇIQLANDI
Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir