Rusiya və Hindistan neft ticarətində Dubai etalonuna keçiblər
Rusiyanın "Rosneft" və Hindistanın "Indian Oil Corp" şirkəti Avropanın Brent bençmarkından imtina edərək Dubai etalonuna keçməyə qərar veriblər, Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.
"Rosneft" yeni maliyyə ilində (aprelin 1-dən başlayıb) hər ay 1.5 milyon tona qədər neft satacaq. "Rosneft" və "Indian Oil Corp" öz mənbələri ilə bağlı "Reuters"ə şərh verməkdən imtina ediblər.
Qeyd edək ki, Brent və Dubay bençmarkları dollarla ölçülür. Avropalı treyderlər və neft şirkətləri satış üçün Brent, Asiya treyderləri Dubai etalonundan istifadə edirlər.
Martın 29-da "Rosneft" və "Indian Oil Corp" Rusiya neftinin Hindistana ixracının artırılmasına dair müqavilə imzalayıblar. Xatırladaq ki, Hindistanın neft idxalının üçdə bir hissəsi Rusiyanın payına düşür.
Qızılın qiyməti BAHALAŞDI
"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə
Bu şəxslərin pensiyası ARTIRILDI
1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör
Neft bahalaşdı
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə
Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT
2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind