Rusiyada qaz hasilatında əlavə azalmalar gözlənilir
Rusiyada asan çıxarıla bilən ehtiyatların tükənməsi səbəbindən qaz hasilatının əlavə azalması gözlənilir.
Bu barədə Energetika Nazirliyinin rəhbəri Nikolay Şulqinovun hökumətə ünvanladığı məktubda deyilir.
Qeyd edildiyi kimi, bu gün Qərbi Sibirin ən böyük yataqları ümumi hasilatın təxminən 70%-ni təmin edir, lakin 2040-cı il üçün onlardan bugünkü göstəricilərdən üçdə bir hissə qədər az – təxminən 255 mlrd. kubmetr qaz hasil edilə biləcək.
Rusiya statistika idarəsinin məlumatına görə, 2022-ci ildə Rusiya bütün yataqlardan təxminən 672 mlrd. kubmetr qaz hasil edib. Müvafiq olaraq, 17 ildən sonra bu rəqəm 460 mlrd. kubmetrə qədər azala bilər. / banker.az
Qaz ödənişləri ilə bağlı YENİLİK
İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq
Neft ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB
Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?
Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml
Ölkədə orta aylıq əməkhaqqı 7% artıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin