Rusiyadan dost ölkələrə neft ixracı 76% artıb
Rusiya 2022-ci ildə neft, neft məhsulları və mayeləşdirilmiş təbii qazın (LNG) tədarükü üçün müxtəlif, ilk növbədə Asiya ölkələrindən 20-dən çox müraciət qəbul edib.
Bunu baş nazirin müavini Aleksandr Novak bildirib.
"Ötən il ərzində neft, neft məhsulları və LNG-nin tədarükü üçün müxtəlif ölkələrdən, ilk növbədə Asiya ölkələrindən 20-dən çox müraciət daxil olub. Yəni ixracın coğrafiyasının genişləndirilməsi üçün əhəmiyyətli potensial var", – baş nazirin müavini qeyd edib.
Onun sözlərinə görə, 2022-ci ilin yekunlarına görə, Rusiyadan dost ölkələrə neft ixracı 76%, neft məhsulları 20%, boru kəməri və maye qaz ixracı isə 8% artıb.
Aleksandr Novak onu da bildirib ki, 2021-ci illə müqayisədə ötən il Rusiyadan Hindistana neft tədarükü 19 dəfə artaraq 41 mln. tona, kömür isə 3 dəfə artaraq 20 mln. tona çatıb. Hindistana neft məhsullarının ixracı 2022-ci ildə 6.2 milyon ton (2021-ci ildə – 3.1 milyon ton) səviyyəsinə çatıb. / banker.az
Çin Yaponiyaya iqtisadi təzyiqi artırır
Çin Yaponiyaya iqtisadi təzyiqini gücləndirib. Dövlət müəssisələri işçilərinin Yaponiyaya səyahətini qadağan edib, mütəşəkkil tur qrupları ləğv edilib, böyük forum və yapon filmlərinin nümayişi dayandırılıb. xəbər verir ki
Fransa bizdən neft alışını 3 dəfədən çox artırıb
Azərbaycan Fransaya 281 min 055,52 ton xam neft ixrac edib. xəbər verir ki, 2025-ci ilin yanvar-oktyabr aylarını əhatə edir. Dövlət Gömrük Komitəsiin hesabtına görə, bu miqdarda məhsulun dəyəri 143 milyon 049,38 min ABŞ dollar
Almaniya Azərbaycandan neft alışını artırıb
Azərbaycan Almaniyaya 956 min 716,48 ton xam neft ixrac edib. xəbər verir ki, bu mövcud ilin yanvar-oktyabr aylarına dair göstəricilərdir. İxrac olunmuş məhsulun miqdarı 2024-cü ilin 10 ayı ilə müqayisədə 9,3 % çox, dəyər
Aİ Lutnikə tariflərlə bağlı xəbərdarlıq edəcək
Aİ (Avropa İttifaqı) rəsmiləri, ABŞ-ın polad və alüminium tariflərini genişləndirmə təşəbbüsünün yay aylarında imzalanmış ticarət anlaşmasına zidd ola biləcəyindən narahatdır. xəbər verir ki, Aİ-nın Ticarət Komissarı Maro
1100,0 min nəfər pensiyaçı qeydiyyatda olub
Dövlət Sosial Müdafiə Fondunda 2024-cü il oktyabrın 1-ə qədər olan zaman ərzində 1100,0 min nəfər pensiyaçı qeydiyyatda olub. xəbər verir ki, Dövlət Statistika Komitəsinə istinadən məlumata görə, bu da ölkə əhalisinin 10,