Rusiyalı milyonçular kapitallarını xaricə çıxarır
Kremlə yaxın oliqarxlar da daxil olmaqla, Rusiyanın milyarderləri iqtisadi vəziyyətin pisləşəcəyi, bank sistemində problemlərin yaranacağı və aktivlərinin dövlətin xeyrinə müsadirə oluna biləcəyi ilə bağlı narahatlıqlar fonunda kapitallarını xaricə çıxarmağı sürətləndiriblər.
FED.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi Rusiya elitasına yaxın mənbələrə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, ilin əvvəlindən etibarən Rusiyadan on milyardlarla ABŞ dolları həcmində vəsait xaricə çıxarılmış ola bilər. Kapitalını qorumaq üçün iş adamları kriptovalyutadan və qızıldan istifadə edir, həmçinin BƏƏ, Türkiyə, Səudiyyə Ərəbistanı, Kipr və Afrika ölkələrində aktivlərə və özəl investisiya fondlarına sərmayə yatırırlar.
"Bloomberg"in mənbələri bu tendensiyanı iri özəl aktivlərin milliləşdirilməsi dalğası ilə əlaqələndirirlər. Bu il dövlətin nəzarətinə, xüsusilə, "Rusagro" holdinqinin, "Yujuralzoloto" şirkətinin və "Domodedovo" hava limanının aktivləri keçib. Agentliyin həmsöhbətlərinin qiymətləndirməsinə görə, bu şirkətlərin satışından dövlət büdcəsinə artıq yüz milyardlarla rubl daxil olub.
İlin ilk altı ayında təxminən 6 trilyon rubla çatan büdcə kəsiri fonunda biznes dairələrinin narahatlığı daha da artıb. Rusiya Mərkəzi Bankı isə artıq özəl kapitalın xalis çıxışı ilə bağlı statistik məlumatları dərc etmir.

Bakıda məşhur restoran fəaliyyətini dayandırdı
Pampers 23 milyard dollar qazanıb
Gələn il üzrə icmal büdcənin kəsir limiti müəyyənləşib
Bankların depozit portfelinin RENKİNQİ: həcm, dinamika və bazar payı (01.10.2026)
Xalq Bank 1,6 milyard dollarlıq beynəlxalq maliyyələşmə layihəsində iştirak edib
"AccessBank"ın rəhbərlərindən biri bankdan ayrıldığını açıqlayıb
Yüksək gəlir hələ başlanğıcdır – TL kart hədiyyəsi də Ziraat Bank Azərbaycandan
Qazaxıstan Mərkəzi Bankı faiz dərəcəsini 50 baza bəndi endirib
Tenderyard Azərbaycanda alış-satışa yeni yanaşma - TƏQDİM EDİR
Kapital Bank hər dəqiqə ən azı bir mikro kredit verir
İlon Mask kimdir?
ƏDV geri al və onun üstünlükləri
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
Dünyanın ən çox maaş verən şirkətləri
ZARA-nın uğur hekayəsi