Rusiyalı oliqarxların Aİ tərəfindən dondurulan aktivlərinin həcmi 14 milyard avroya çatır
Ukraynada hərbi əməliyyatların başlanmasından sonra rusiyalı oliqarxların Avropa İttifaqında (Aİ) dondurulmuş aktivlərinin məbləği 13,8 milyard avro təşkil edib.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Aİ-nin ədliyyə nazirlərinin Praqada keçirilən görüşündə ədliyyə məsələləri üzrə Avropa komissarı Didye Reynders məlumat verib.
Onun sözlərinə görə, əmlakın böyük hissəsini - 12 milyard avroluq aktivləri Aİ-nin 5 ölkəsi dondurub.
"Başqalarını da onlardan nümunə götürməyə təşviq etməliyik. Əlavə məlumat üçün məktublar göndərmişik", - D.Reynders deyib.
Avrokomissar hazırda bu vəsaitin müsadirə edilməsinin qanuni olaraq mümkün olmadığını bildirib. Lakin o, əmin edib ki, artıq payızda Rusiyaya qarşı sanksiyalardan yayınacağı halda Rusiya şirkətlərinin aktivlərinin müsadirə edilməsinə imkan verən direktiv təqdim olunacaq.
"Oktyabr ayında Aİ sanksiyalarından yayınmağı cinayət sayacaq direktiv təqdim edəcəyəm ki, bu da Aİ ölkələrində Ukraynanın Bərpası Fonduna köçürülə biləcək aktivlərin müsadirəsini təmin edəcək hüquqi prosedurların başlanmasına imkan yaradacaq", - o söyləyib.
İyulun əvvəlində "Bloomberg" agentliyi mənbələrinə istinadən Aİ ölkələrinin Rusiyanın 14,6 milyard dollarlıq aktivlərini dondurduğunu bildirmişdi.
Buna qədər isə iyun ayında ABŞ-ın 100 gün ərzində Rusiyanın 330 milyard dollarlıq aktivini dondurduğu və ya blokladığı məlum olmuşdu. /report.az

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
Mcdonalds françayzinqi neçiyədir?
Kriptovalyuta nədir?
Biznes nədir və hansı növləri var?
Biznes qurmaq üçün nə lazımdır?
2026-ci ilin TOP-5 onlayn biznes ideyası