"Rusiyanı tərk edən Qərb şirkətləri 103 milyard dollardan çox itki ilə üzləşiblər"
Rusiyada biznes fəaliyyətini dayandıran Qərb şirkətləri yüz milyard ABŞ dollarından çox böyük itkilər elan ediblər.
FED.az xəbər verir ki, bunu yazır "The New York Times" yazıb.
Maliyyə hesabatlarının təhlilinə əsasən, Qərb şirkətləri 103 milyard dollardan çox itkilər açıqlayıblar.
"Gedənlər mövqelərini itirirlər. Onların əmlakı ciddi endirimlə satılır və şirkətlərimizin idarəçiliyinə verilir", - Rusiya prezidentinin mətbuat katibi Dmitri Pekov "New York Times" qəzetinə müsahibəsində bildirib.
Nəşrin yazdığına görə, bir çox şirkətlər isə bu illər ərzində Rusiya bizneslərinə yatırdıqları milyardlarla dolları itirmək istəməyərək Rusiyada qalıblar. Digər müəssisələr biznesi Rusiya tərəfdaşlarına satıblar.
"Doğrudanmı burada hər şeyin çökəcəyini düşünürdülər? Belə bir şey yoxdur. Rusiya şirkətləri üstünlüyü ələ keçirərək irəlilədilər", - nəşr Rusiya prezidenti Vladimir Putinin sözlərindən sitat gətirir.
Nəşr, xüsusilə, "Heineken" və "Carlsberg" pivə şirkətlərinin getdiyini qeyd edir. Hollandiyalı "Heineken" Rusiyadakı biznesini bir avroya "Arnest Qrup"una (kosmetika və məişət kimyası istehsalçısı) satıb Rusiya prezidenti Vladimir Putinin fərmanı ilə "Carlsberg"ə məxsus "Baltika"dakı payı Federal Əmlakın İdarə Olunması Agentliyinə müvəqqəti idarəetməyə verilib.
Rusiya Ukraynaya hücuma başladıqdan sonra kollektiv Qərb Moskvaya sanksiya təzyiqlərini artırıb, tədarük zəncirlərinin pozulması isə Avropa və ABŞ-da yanacaq və ərzaq qiymətlərinin bahalaşmasına səbəb olub. Rusiya dəfələrlə bəyan edib ki, ölkə bu təzyiqin öhdəsindən gəlməyə qadirdir. Moskva qeyd edib ki, Qərbin anti-Rusiya sanksiyalarının uğursuzluğunu etiraf etməyə cəsarəti çatışmır. Eyni zamanda Qərb ölkələrinin özündə də sanksiyaların səmərəsiz olması ilə bağlı fikirlər dəfələrlə səslənib. (Marja)

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?
IMEI kod nədir?
SMM nədir?
Biznes nədir və hansı növləri var?