Ruslar Türkiyəyə axışır: Yaratdıqları bizneslər 8 dəfə, aldıqları əmlaklar 3 dəfə artıb

Ruslar Türkiyəyə axışır: Yaratdıqları bizneslər 8 dəfə, aldıqları əmlaklar 3 dəfə artıbRusiya iş adamları və bizneslərinin, eləcə də vətəndaşlarının Türkiyəyə yatırımları kəskin artıb.
FED.az xəbər verir ki, 2022-ci ildə Türkiyədə Rusiya firmalarının sayının 8 dəfə artdığını bildirilir.
2021-ci ildə Türkiyədə Rusiyanın iştirakı ilə yaradılan şirkətlərin sayı 200-dən az, 2022-ci ildə isə 1,3 mindən çox olub. Üstəlik bu dövrdə ruslar Türkiyədə satılan bütün daşınmaz əmlakın dörddə birini alıblar.
Rusiya hökuməti büdcəni doldurmaq üçün - BİZNESDƏN PUL TOPLAYIR – YENİ QANUN
Türkiyə Cümhuriyyəti İqtisadi Siyasət Araşdırmaları Vəqfinin (TEPAV) məlumatına görə, ötən il Türkiyədə rusiyalı tərəfdaşlarla qurulan şirkətlərin sayı 177-dən 1363-ə yüksələrək 7,7 dəfə artıb.
Ölkədə yeni şirkətlərin yaradılması sayına görə, İran iş adamları ikinci yerdədir (1,3 min firma). İlk 10-luğa İraq, Misir, Suriya və İordaniya kimi ölkələr də daxil olub. Ümumilikdə 2022-ci ildə Türkiyədə xarici kapitallı şirkətlərin sayı təxminən 50% artıb. Onların əksəriyyəti, təxminən 62%-i İstanbulda yerləşir.
2022-ci ildə ruslar Türkiyədə daha çox mənzil almağa başlayıblar: son bir ildə Rusiya vətəndaşları 16 312 mülk alıblar. Bu, xaricilərə satılan bütün mülklərin (təxminən 68 min obyekt) demək olar ki, dörddə birini təşkil edir. 2021-ci illə (5,4 min obyekt) müqayisədə rusların Türkiyədə aldıqları əmlakların sayı təxminən üç dəfə artıb. Ötən il Türkiyədə alınan mənzillərin sayına görə ruslar birinci yeri tutub.
Türkiyənin miqrasiya xidmətinin məlumatına görə, ruslar Türkiyədə yaşayış icazəsialmaq üzrə də birinci yerdədirlər. 2022-ci ildə 153 min Rusiya vətəndaşı Türkiyədə yaşamaq icazəsi alıb. Sonrakı yerləri 131 min nəfərlə İraq və 100 mindən insanla Suriya tutur.

İnvestisiya     Tarix: 22 mart 2023

Oxşar xəbərlər

"Bu ölkələrin iqtisadiyyatlarına 20 milyard dollardan çox sərmayə qoymuşuq"

"Dünyada bir çox beynəlxalq təşkilatlar var, ancaq etnik köklər üzərində yaranmış təşkilatların sayı o qədər də çox deyil. Yəni bu, bizim çox böyük üstünlüyümüzdür. Yəni bizi birləşdirən bizim etnik mənsubiyyətimizdir

AMB: İnvestisiya şirkətlərinin kapital mövqeyi komfort zonadadır

Azərbaycanın investisiya şirkətlərinin kapital mövqeyi komfort zonadadır. xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yarım illik "Maliyyə Sabitliyi hesabatı"nda bildirilir. Sənədə əsasən, bu ili

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib

Sentyabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı v

Bu il qeyri-neft-qaz sektoruna yatırılan investisiyaların həcmi 6%-ə yaxın artıb

Bu ilin yanvar-iyun aylarında əsas kapitala 9 milyard 295,2 milyon manat məbləğində investisiya yönəldilib. Azərbaycana ən çox investisiya edən ölkələr açıqlanıb.  Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, b

"PAŞA Holdinq" Gürcüstana - 60 milyon dollar yatırıb

Azərbaycanın iri biznes qruplarından biri olan "PAŞA Holdinq"in kommersiya və beynəlxalq layihələr üzrə icraçı direktoru Elçin Qədimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. xəbər verir ki, görüşdə "PAŞ

Zərər edən investisiya şirkətində rəhbər dəyişir - Baş mühasib müvəqqəti direktor olur

"MFX-Trading İnvestisiya Şirkəti" ASC-nin səhmdarlarının Ümumi Yığıncağının qərarı ilə direktor dəyişdirilir. Məlumata görə, şirkətin direktoru Tural Bayramov vəzifəsindən gedib, onu Günel Qurbanova əvəz edəcək

Bu şirkətlər Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsindən çıxarılır - FƏRMAN

Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısına dəyişiklik edilib. xəbər verir ki, Prezident İlham Əliyev bununl

Qeyri-rezidentlər üçün yeni güzəşt tətbiq ediləcək

Qeyri-rezidentlərin Azərbaycanda qoyduqları investisiyalardan (o cümlədən daşınmaz əmlak, pay və səhmlərdən) əldə etdikləri mənfəətin, dividendlərin və investisiyanın realizə edilməsi nəticəsində yaranmış əlavə dəyərin (kapita

Xarici investisiya platformalarına pul yatıranlara Mərkəzi Bankdan xəbərdarlıq

Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə lisenziyası olmayan xarici investisiya platformalarının xidmətlərindən istifadə ilə bağlı vətəndaşlara xəbərdarlıq edib. xəbər verir ki, bu barədə Mərkəzi Bankın məlumatında bildirilib


iqtisadi xeberler investisiya kicik biznes kripto avtomobil xeberleri