Rusların köç etdiyi ölkələrin valyutaları bahalaşıb
Rusiya Ukraynanı işğal etməyə başlayandan sonra rusların ölkədən köçməsi (immiqrasiyası) sürətlənib. Bu proses bir sıra keçmiş sovet respublikalarının valyutalarının bahalaşmasına səbəb olub.
Fevral ayından etibarən on minlərlə Rusiya vətəndaşının Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrində məskunlaşması ilə əlaqədar olaraq Gürcüstan, Ermənistan və Tacikistanın valyutaları ABŞ dollarına nisbətdə ən yüksək nəticə göstərən ölkə valyutaları sırasındadır. Ruslar bu ölkələrə özləri ilə milyardlarla dollar ekvivalentində vəsait gətirirlər.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
Bu ölkələrdə rus dilinin geniş yayılması, Rusiya vətəndaşlarından səyahət vizası tələb olunmaması, vəsaitlərin yerli banklara köçürülməsinə heç bir məhdudiyyət qoyulmaması adı çəkilən ölkələri ruslar üçün cəlbedici edib.
Marja.az Bloomberg-in tərtib etdiyi məlumatlara istinadən xəbər verir ki, dünya valyutaları arasında ən çox dəyər qazanan erməni dramı ilin əvvəlindən dollar qarşısında 22 faizdən çox bahalaşıb.
Digər tərəfdən, gürcü larisi və Tacikistan somonisi müvafiq olaraq 16 faiz və 10 faizdən çox dəyər qazanıblar.
Gürcüstan Milli Bankının məlumatına görə, bu il müharibə ilə əlaqədar Rusiyadan Gürcüstana pul köçürmələri 5 dəfə artıb. Bu məbləğin 1,75 milyard dolları keçdiyi və bütün köçürmələrin 60 faizindən çoxuna bərabər olduğu açıqlanıb.
Digər tərəfdən, ilk on ayda Ermənistana pul köçürmələri 2021-ci ilin eyni dövrü ilə müqayisədə təxminən dörd dəfə artaraq 2,8 milyard dollar təşkil edib.
2022-ci ilin 9 ayı üzrə Azərbaycanın tədiyə balansının əsas göstəricilərinə görə, ölkəyə göndərilən pul baratlarının həcmi 3.6 dəfə artaraq 2.8 milyard dollar təşkil edib.
Eyni zamanda, Rusiyadan insan axınının valyuta təsiri daha kiçik keçmiş sovet respublikalarında daha böyükdür. Ermənistan və Gürcüstandan dəfələrlə böyük olan Qazaxıstana da Rusiyadan daxilolmalar artıb, lakin təngə ili dollar qarşısında 7%-dən çox itki ilə başa vurmaq yolundadır.
Müharibədən və beynəlxalq sanksiyalardan Rusiyanın qonşularının ən böyük ticarət tərəfdaşı kimi əziyyət çəkəcəkləri gözlənilirdi. Reallıqda böyük kapital axını onların valyuta ehtiyatlarını artırıb və cari əməliyyatlar balansını yaxşılaşdırıb. Ermənistan iqtisadiyyatı ikinci və üçüncü rüblərdə ikirəqəmli artım nümayiş etdirib, Gürcüstan iqtisadiyyatı isə 3-cü rübdə təxminən 10% artıb.
Tacikistana pul köçürmələri ilin birinci yarısında ən azı 50% artıb. Bu, dənizə çıxışı olmayan ölkənin iqtisadiyyatını əvvəlki proqnozlarla müqayisədə daha çox böyüməsi üçün zəmin yaradıb.

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Dünyanın ən zəngin idmançıları
Ən çox soruşulan müsahibə sualları hansılardır?
"Coca-Cola" haqqında 5 maraqlı fakt