"Şahdəniz"dən indiyədək 200 mlrd. kubmetr qaz hasil olunub

Şahdəniz hasilatın başlanğıcından indiyədək ümumilikdə 200 milyard kubmetr qaz əldə olunması uğurunu qürurla qeyd edir.
"BP-Azərbaycan"dan verilən məlumata görə, 200 milyardıncı kubmetr qaz 26 avqust 2023-cü il tarixində, yəni yataqdan ilk kommersiya qazının çıxarıldığını və Cənubi Qafqaz boru kəmərinin istismara verildiyini elan etməyimizdən 16 il yarım sonra əldə olunub.
15 dekabr 2006-cı il tarixində baş vermiş ilk hasilat yatağın işlənməsinin 1-ci mərhələsinin başlanğıcı idi. O vaxtdan bəri Şahdəniz mərhələ 1 qazı uğurla və etibarlı şəkildə Azərbaycan, Gürcüstan və Türkiyə bazarlarına çatdırılır.
Şahdəniz yatağının işlənməsinin növbəti mühüm mərhələsi 2018-ci ildən, yəni Şahdəniz 2 layihəsindən Türkiyəyə ilk kommersiya qaz həcmləri nəqlinin başlandığı və iyulun sonunda Şahdəniz Bravo platformasından ilk qaz hasilatının əldə olunduğu ildən istismardadır.
Şahdəniz mərhələ 2 layihəsinin işə salınması Azərbaycana öz enerji tarixində ilk dəfə olaraq Avropanın əsas qaz təchizatçılarından birinə çevrilmək imkanı yaratdı. 2020-ci ilin dekabrından başlayaraq Şahdəniz qazı Avropa bazarlarına nəql olunur və Avropa üçün yeni enerji təchizatı mənbəyi kimi Avropanın enerji bazarını şaxələndirir və enerji təhlükəsizliyini artırır. Ümumilikdə, Şahdəniz mərhələ 2 çərçivəsində Cənub Qaz Dəhlizi vasitəsilə Türkiyə və Avropa bazarlarına ildə 16 milyard kubmetr qaz təchiz edilir.
2023-cü il Şahdəniz üçün daha bir əlamətdar ildir. Bu ilin dördüncü rübündə yatağın şərq-şimal cinahının istismara verilməsi planlaşdırılır ki, bununla da yataqda əlavə Şahdəniz 2 quyuları işə salınacaq.
Hazırda Şahdəniz Alfa (11 quyu) və Şahdəniz Bravo (14 quyu) – platformalarından ümumilikdə gündə orta hesabla 72,6 milyon kubmetr qaz hasil edilir.
bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda hasilat üzrə vitse-prezidenti Elxan Məmmədov: "bp olaraq Şahdənizlə qürur duyuruq. Bu, dünya səviyyəli nəhəng bir yataqdır, lakin eyni zamanda istismar baxımından ən çətinlərdən biridir. Bununla belə, onun işlənməsi zamanı üzləşdiyimiz çətinliklərə baxmayaraq, ən mürəkkəb hövzələrdən birində ən çətin quyuları qazmağın və yatağı regional və qlobal bazarlarla birbaşa əlaqələndirmək üçün dünya səviyyəli infrastruktur qurmağın öhdəsindən gələ bildik.
"Xüsusilə qürur duyuruq ki, bütün bunlara təhlükəsiz, ətraf mühitə ziyan vurmadan və səmərəli şəkildə nail olmuşuq. Şahdəniz sıfır emissiya məqsədimizə doğru irəliləyərkən enerji keçidi istiqamətində həm bp-nin, həm də Azərbaycanın səylərinə töhfə verən dəyərli bir layihədir.
"İnanırıq ki, Şahdənizin böyük gələcəyi var. Hazırda biz Şahdənizdə mövcud məhsuldar layların altındakı "Pre-Fasila" layına yeni bir quyu qazırıq. Ümid edirik ki, həmin quyu Şahdənizin uzunmüddətli hasilat ömrünü təmin etmək planlarımıza dəstək verməklə yeni işlənmə imkanları yaradacaq".
Məlumat üçün deyək ki, Şahdəniz ilk dəfə olaraq Xəzər ehtiyatlarını birbaşa Avropa qaz bazarlarına çatdıran Cənub Qaz Dəhlizinin başlanğıc nöqtəsidir. Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Şahdəniz yatağı bp-nin indiyə qədər kəşf etdiyi ən böyük qaz yatağıdır. Bu nəhəng yatağın sahəsi təxminən 860 kvadrat kilometrdir. Şahdəniz yatağı 1999-cu ildə kəşf edilib. İlkin hesablamalara görə bütövlükdə Şahdəniz yatağının 1 trilyon kubmetrdən çox qaz və 2 milyard bareldən çox kondensat ehtiyatı var. Əməliyyatlara başlayandan indiyədək Şahdəniz yatağından 42,4 milyon ton (342 milyon barel) kondensat hasil edilib. Şahdəniz 2 Xəzər dənizində ilk sualtı işlənmə layihəsidir və dünyada bp şirkətinin idarə etdiyi ən iri və ən mürəkkəb sualtı infrastrukturdur. Şahdəniz layihəsi texniki təhlükəsizlik üzrə çox yüksək göstəricilərə malikdir. Ətraf mühitə məsuliyyətlə yanaşan bir layihə kimi Şahdəniz çərçivəsində 20 ətraf mühitə təsirin qiymətləndirilməsi və 54 dəniz, quru və sahilyanı ərazilər üzrə monitorinq tədqiqatları aparılıb. / banker.az

Xəbərlər     Tarix: 28 avqust 2023

Oxşar xəbərlər

Aviabiletlər əlçatan olacaq: Azərbaycana aşağıbüdcəli aviaşirkətlər cəlb ediləcək

Azərbaycanda hava gəmisi istismarçılarının uçuş coğrafiyasının genişləndirilməsi, mövcud destinasiyalar üzrə uçuş tezliyinin, həmçinin aviabilet qiymətlərinə əlçatanlığın artırılması və regional hava limanlarının potensialında

Neft bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi

Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır

Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb

Yaponiya 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib

Yaponiyada Baş nazir Sanae Takaiçinin rəhbərlik etdiyi kabinet 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib. xəbər verir ki, bu, genişlənən maliyyə siyasəti həyata keçirəcəyinə söz verən yeni liderin il

Almaniyanın avtomobil sektorunda məşğulluq ən aşağı səviyyəyə düşüb

Almaniyanın avtomobil sektorunda məşğulluq sentyabr ayında 721.400 nəfərə düşüb. xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi bildirib. Bu 2011-ci ilin ortalarından bəri ən aşağı səviyyədir. Hissə istehsalçıların

Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - YENİ QAYDALAR

Texniki tənzimləməyə aid olan hər hansı malın insan üçün təhlükə yaratdığı müəyyən edilərsə, həmin məhsulun bazarda qalmasına icazə verilməyəcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye v

AQTA qəfil qaraja daxil olub - Minlərlə şübhəli məhsul tapılıb

Vətəndaş müraciəti əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan qəsəbəsi, Minutka küçəsi ünvanında yerləşən "Best for Bar" MMC-yə məxsu

Dollar neçəyə olacaq? - AÇIQLANDI

Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir


iqtisadi xeberler en son xeberler biznes krediti dollar mezenne bitkoin