Sahibkarlar "UzBuild 2024" sərgisinə - DƏVƏT OLUNUR
27 fevral - 1 mart 2024-cü il tarixlərində Daşkənd şəhərində "UzBuild 2024" 25-ci Yubiley Özbəkistan Beynəlxalq İnşaat Sərgisi keçiriləcək.
FED.az xəbər verir ki, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) məlumatına görə, sərgiyə Türkiyə, ABŞ, Hindistan, Çin, Koreya, Almaniya, İspaniya, İtaliya, Avstriya, Finlandiya, Danimarka, Niderland, İsveçrə, Polşa, Qazaxıstan, Qırğızıstan, İran, Rusiya və digər ölkələrdən 400-ə yaxın şirkət qatılacaq. Sərgidə tikinti materialları sənayesində yeniliklər və ən son texnologiyalar, müasir tikinti texnikası, inşaat məhsulları və xidmətləri nümayiş olunacaq.
Sərgi çərçivəsində tikinti texnologiyaları və avadanlıqları üzrə ixtisaslaşmış bölmə - "BuildTech" və Beynəlxalq İnşaat Sənayesi Konfransı - ICCI keçiriləcək.
Sərgidə iştirak etmək istəyən Azərbaycan sahibkarları aşağıdakı elektron poçt və ya telefon vasitəsi ilə əlaqə saxlaya bilərlər:
E-mail: [email protected]
Tel. (+99412) 598-01-47/48 (daxili 3644)
Əlaqələndirici şəxs: Gülxas Nəsirova.

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?
IMEI kod nədir?
SMM nədir?
Biznes nədir və hansı növləri var?