Sahibkarlar "UzFood 2024" sərgisinə - DƏVƏT OLUNUR
Bu ilin 26-28 mart tarixlərində Daşkənd şəhərində 23-cü Beynəlxalq "Qida məhsulları, inqrediyentlər və istehsal texnologiyaları - UzFood 2024" sərgisi keçiriləcək.
FED.az xəbər verir ki, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO-nun məlumatına görə, Azərbaycan sahibkarları sözügedən tədbirdə iştirak etməyə dəvət olunurlar.
Sərgidə "Ət və quş əti", "Süd məhsulları", "Qənnadı məmulatları", "Ərzaq məhsulları", "İçkilər", "Qida inqrediyentləri", "Qida sənayesi üçün avadanlıqlar", "Un məmulatları", "Qablaşdırma materialları", "Qablaşdırma avadanlıqları" və HoReCa kimi bölmələr yer alacaq. Builki sərgidə Özbəkistan, Türkiyə, Qazaxıstan, İran, Rusiya, ABŞ, Çin, Litva, Niderland, Fransa, İsveçrə, Cənubi Koreya, Sinqapur, Tailand və Şri-Lankadan 275-dən çox şirkət məhsul və xidmətlərini nümayiş etdirəcək. Bundan başqa, hər il olduğu kimi, "UzFood 2024" sərgisində ticarət şəbəkələrinin nümayəndələri ilə hazır qida məhsulları tədarükçüləri arasında danışıqların aparılması üçün "Retail Mərkəzi" təşkil olunacaq.
Sərgidə iştirak etmək istəyən sahibkarlar aşağıdakı elektron poçt və ya telefon nömrəsi vasitəsi ilə əlaqə saxlaya bilərlər:
E-mail: [email protected]
Tel: (+994 12) 598-01-47/48 (daxili - 3644)
Əlaqələndirici şəxs: Gülxas Nəsirova

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?
IMEI kod nədir?
SMM nədir?
Biznes nədir və hansı növləri var?