Sahibkarların yaşıl layihələrinin maliyyələşdirilməsinə qrant ayrılıb
KOB-ların yaşıl layihələrinin inkişaf etdirilməsinə və yaşıl iqtisadiyyata keçidə töhfə verə biləcək təşəbbüslərinin reallaşdırılmasına dəstək məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən indiyədək 27 layihəyə 450 min manatdan çox qrant ayrılıb, 10-dan çox "Startap" şəhadətnaməsi verilib.
FED.az Agentliyə istinadən xəbər verir ki, KOBİA-nın təşəbbüsü və sahibkarların müraciəti əsasında təkrar emal və resurslardan səmərəli istifadə üzrə Agentlik tərəfindən 3 daxili bazar araşdırması aparılıb. Bu istiqamətdə bugünədək KOBİA 250 təlim təşkil edib. KOB subyektlərinin yaşıl layihələrinin Agentliyin təşkilatçılığı və dəstəyi ilə keçirilən müxtəlif sərgi və yarmarkalara çıxarılmasına da dəstək göstərilib. Sahibkarların yaşıl iqtisadiyyat ilə bağlı məlumatlandırılması, yaşıl biznesin təşviqi üzrə Bakıda və ölkə regionlarında 250-dən çox sahibkarın iştirakı ilə sahəvi görüşlər və maarifləndirmə tədbirləri təşkil olunub.
Yaşıl təşəbbüs və layihələri olan sahibkarlar "Startap" şəhadətnaməsi, daxili bazar araşdırmasının aparılması, qrant, təlim, məsləhət xidməti və satışa dəstək üçün KOBİA-ya müraciət edə bilərlər.
2024-cü ildə KOBİA-nın təşəbbüsü və dəstəyi ilə "Yaşıl biznesin idarəedilməsi sistemləri" və "Ətraf mühit, sosial və korporativ idarəetmə (ESG) prinsiplərinin tətbiqi üzrə çərçivə" dövlət standartları hazırlanaraq Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən qəbul olunub, ESG üzrə vahid rəqəmsal platforma () istifadəyə verilib. Həmçinin, sahibkarlar ətraf mühitə göstərdikləri təsiri ölçmək, istifadə etdikləri resurslardan istifadənin səmərəliliyini qiymətləndirmək məqsədilə Agentlik tərəfindən yaradılmış özünüqiymətləndirmə platformasından () istifadə edə bilərlər. Biznes subyektləri bu platformada qeydiyyatdan keçərək və müvafiq sualları cavablandıraraq enerji və sudan nə dərəcədə səmərəli istifadə etdiklərini, tullantıların effektiv idarə olunması və ətraf mühitə təsirlərini qiymətləndirməklə zəif nöqtələrini müəyyən edə və onların aradan qaldırılması üçün zəruri tədbirlər görə bilərlər.

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
ZARA-nın uğur hekayəsi
Elon Musk kimdir?
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
IMEI kod nədir?
Hazır bizneslərdə ən çox edilən 5 səhv