Sahil Babayev Asiya İnkişaf Bankının prezidentilə görüşüb

Sahil Babayev Asiya İnkişaf Bankının prezidentilə görüşübNoyabrın 14-də maliyyə naziri, Asiya İnkişaf Bankının (AİB) Azərbaycan üzrə rəhbəri Sahil Babayev ölkəmizdə səfərdə olan bankın prezidenti Masato Kanda ilə görüşüb.

Nəzərə çatdıraq ki, prezident Kandanın Azərbaycana ilk rəsmi səfəridir.

Biznes.az xəbər verir ki, nazir Sahil Babayev AİB ilə uzunmüddətli və səmərəli əməkdaşlığın Azərbaycan üçün əhəmiyyətini vurğulayaraq qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmiz iqtisadiyyatın şaxələndirilməsi, davamlı inkişaf və regional liderlik hədəflərinə doğru irəliləyir və bu prosesdə beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Nazir AİB ilə uzunmüddətli əməkdaşlığı yüksək qiymətləndirərək kreditlər, qrantlar və texniki yardım vasitəsilə həyata keçirilən birgə təşəbbüslərin ölkəmizin inkişaf gündəliyinə əhəmiyyətli töhfə verdiyini bildirib.

Görüşdə AİB-nin 2025–2029-cu illəri əhatə edən Azərbaycan üzrə yeni Ölkə Tərəfdaşlığı Strategiyası da diqqət mərkəzində olub.

Tərəflər Bakı Metropoliteninin genişləndirilməsi, Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun, içməli su təchizatının, su itkilərinin azaldılması və yağış sularının idarə edilməsi sahələrində həyata keçiriləcək layihələrdə, eləcə də dəmir yolu infrastrukturunun modernləşdirilməsi, dövlət–özəl tərəfdaşlığı layihələri və regional əlaqəlilik təşəbbüsləri daxil olmaqla əsas prioritet əməkdaşlıq istiqamətləri üzrə geniş müzakirələr aparıblar.

Prezident Masato Kanda qeyd edib ki, AİB Azərbaycanı mühüm və etibarlı tərəfdaş kimi yüksək qiymətləndirir və ölkənin inkişaf prioritetlərini dəstəkləməyə, o cümlədən regional əlaqəlilik, rəqəmsal transformasiya, su təsərrüfatı və dayanıqlı infrastruktur sahələrində əməkdaşlığı daha da genişləndirməyə hazırdır.

Maliyyə     Tarix: 14 noyabr 2025

Oxşar xəbərlər

Naxçıvan iqtisadiyyatı 3 % böyüyüb

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 1 milyard 25,7 milyon manat dəyərində ümumi daxili məhsul istehsal (ÜDM) olunub. Bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə

Azərbaycan biznesi Afrikaya gedir – Qeydiyyat başladı

() Africa–Azerbaijan Cooperation (AFAZ) 21–23 oktyabr 2026-cı il tarixlərində Keniyanın Nayrobi şəhərində keçiriləcək BIG 5 Construct Kenya 2026 beynəlxalq tikinti və inşaat sərgisində Azərbaycan Pavilyonunun təşkilini həyat

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 883 minə yaxınlaşıb

Azərbaycanda aktiv vergi ödəyicilərinin, ƏDV ödəyicilərinin və təsərrüfat subyektlərinin sayında artım qeydə alınıb. Marja xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, 2026-cı i

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə 15–21 iyun 2026 həftəsində valyuta və əmtəə bazarlarında əsas hərəkətveric

ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər

ING analitiklərinin fikrincə, dollar üzrə qısamüddətli risklər bir qədər yuxarı istiqamətli olsa da, dollar indeksinin (DXY) 2025-ci ilin may ayında gördüyü yüksək səviyyəyə yenidən çatması çətin görünür. Analitiklər avro/dolla

Azərbaycanda qida məhsulları son 12 ayda 7%-dən çox bahalaşıb

Dövlət Statistika Komitəsi "İstehlak qiymətlərinin dəyişməsi haqqında" məlumat yayıb. Məlumata görə, 2026-cı ilin yanvar-iyul aylarında istehlak qiymətləri (inflyasiya) 2025-ci ilin yanvar-iyul aylarına nisbətə

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, ötən həftə dünya maliyyə bazarlarında əsas diqqət ABŞ əmək bazarın

Avqust pensiyaları NƏ VAXT ÖDƏNİLƏCƏK?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 14-dən gec olmayaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərd

Azərbaycanın nar şirəsi Dominikana ixrac olunur

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport" portalının dəstəyi ilə Karib hövzəsi ölkələrinə növbəti ixrac əməliyyatı uğurla həyata keçirilib. Mərkəzin yaydığı məlumatd


iqtisadi xeberler bu gunun xeberleri bank faizleri depozit faizleri dollarin kursu bu gun