Sahil Babayev iclas keçirib, tapşırıqlar verib - "Lüzumsuz xərclər azaldılacaq"

Sahil Babayev iclas keçirib, tapşırıqlar verib - Martın 18-də Azərbaycan Respublikası Maliyyə Nazirliyində 2025-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib.
Maliyyə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, Nazirliyin struktur bölmələrinin, tabeliyindəki qurumların və regional maliyyə müfəttişliklərinin rəhbərlərinin iştirakı ilə keçirilən iclasda maliyyə naziri, Kollegiyanın sədri Sahil Babayev bildirib ki, ötən il Azərbaycan üçün uğurlu il olub, mühüm ictimai-siyasi hadisələrlə yadda qalıb.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
İclasda Nazirliyin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən görülmüş işlər, qarşıda duran vəzifələr və cari ildə aparılacaq nəzarət tədbirləri haqqında məruzə dinlənilib.
Qeyd olunub ki, 2024-cü ildə Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən Baş Prokurorluğun və hüquq-mühafizə orqanlarının qərarlarına, Xidmətin iş planına, vətəndaş müraciətlərinə əsasən ümümilikdə 100 nəzarət obyektində aparılmış nəzarət tədbirləri ilə 19,7 milyon manat məbləğində artıq və əsassız ödənişlər aşkar edilib, bu vəsaitin 5,2 milyon manatı təqsirkar şəxslər tərəfindən bərpa edilib, qalan hissəsinin bərpası  ilə əlaqədar, habelə nöqsanlara yol vermiş vəzifəli şəxslər barəsində hüquq mühafizə orqanları tərəfindən tədbirlər görülür.
Bildirilib ki, Xidmətin  cari il üçün  iş  planına  daxil  edilən nəzarət  obyektlərinin  seçilməsi  dövlət  büdcəsindən maliyyələşdirilən 233 nəzarət obyekti üzrə 9 risk faktorunun təhlili və qiymətləndirilməsi yolu ilə aparılıb və iş planı təsdiq edilib.
S.Babayev qarşıdakı dövrdə dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsi ilə əlaqədar həyata keçirilən nəzarət tədbirlərinin səmərəliliyinin, keyfiyyətinin daha da artırılmasını, təhlillərin və monitorinqlərin əhatə dairəsinin genişləndirilməsini Xidmət qarşısında əsas vəzifə kimi müəyyənləşdirib. Nazir nəzarət obyektinə getmədən təhlil metodu ilə nəzarət tədbirlərinin aparılmasına dair ilkin modelin hazırlanması, praktik nəzarət tədbirlərinin operativliyinin təmin edilməsi məqsədilə təkliflərin hazırlanmasını tapşırıb.
Kollegiya iclasında "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın maliyyə təminatı və icra vəziyyətinə dair təqdimat olub. Bütünlüklə Azərbaycan dövlətinin öz imkanları hesabına maliyyələşdirilən Dövlət Proqramına əsasən həyata keçirilən investisiya təyinatlı layihə və tədbirlərə 2020-2024-cü illərdə dövlət büdcəsindən ümumilikdə 17,55 milyard manat, o cümlədən, 2020-ci ildə 55 milyon manat, 2021-ci ildə 2,188 milyard manat, 2022-ci ildə 4,311 milyard manat, 2023-cü ildə 5,652 milyard manat və 2024-cü ildə isə 5,347 milyard manat maliyyə vəsaiti ayrılıb.
Ayrılmış vəsaitin sahələr üzrə bölgüsünə gəlincə qeyd olunub ki, nəqliyyat sektoru, o cümlədən avtomobil və dəmir yolları, məskunlaşma, şəhərsalma-arxitektura işləri, kənd təsərrüfatı və meliorasiya sahəsi, sosial sahələr və kommunal sektor, hüquq-mühafizə, minatəmizləmə və digər sahələr üzrə layihə və tədbirlərin maliyyələşdirilməsi sifarişçi qurumların müraciətlərinə uyğun olaraq tam təmin edilib.
Nazir S.Babayev dövlət büdcəsinin əsaslı xərclərinin ən prioritet istiqaməti kimi azad olunmuş ərazilərin yenidən qurulması və bərpası istiqamətində həyata keçirilən tədbirlər üçün zəruri maliyyə təminatının yaradılmasının daim diqqət mərkəzində olduğunu, büdcənin bütün imkanlarının adətən bu istiqamətə səfərbər edildiyini diqqətə çatdırıb.
İclasda Maliyyə Nazirliyində sənəd menecmenti sahəsində işlərin gedişi və nəticələrinə dair məruzə dinlənilib, sənəd menecmentinin rəqəmsallaşdırılması və elektron xidmətlərin genişlənməsinə dair müzakirələr aparılıb. Qeyd olunub ki, Maliyyə Nazirliyində sənəd menecmentinin rəqəmsallaşdırılması çərçivəsində Büdcə Məlumat İdarəetmə Sistemi (BMİS) və digər elektron platformalar vasitəsilə dövlət qurumları arasında informasiya mübadiləsi və sənəd dövriyyəsi avtomatlaşdırılıb. 2024-cü ildə BMİS vasitəsilə 10125 sənəd dövriyyəsi aparılıb, sistemə 286 dövlət qurumu qoşulub və 874 aktiv istifadəçi qeydiyyata alınıb. Sistemin inteqrasiyası nəticəsində büdcə göstəriciləri və əlavələri elektron qaydada təqdim edilərək, dövlət və icmal büdcəsinin tərtibi prosesi sürətləndirilib. Bundan başqa, Nazirlik tərəfindən "e-mühasibat", "e-azadolma" və "QHT-hesabat" sistemləri tətbiq edilməklə maliyyə və mühasibatlıq sahəsində elektron xidmətlərin dairəsi genişləndirilib.
Kollegiya iclasında cari ildə Maliyyə Nazirliyinin qarşısında duran vəzifələr barədə danışan S.Babayev bildirib ki, ilk növbədə şəffaflıq tam təmin olunmalı, təhillər aparılmalı, büdcə təşkilatları ilə münasibətdə süründürməçiliyə yol verilməməli, ədalətli yanaşma, operativlik və səmərəlilik təmin olunmalıdır. Nazir qarşıdakı dövrdə büdcə proqnozlaşdırılması üzrə fəaliyyətin daha da təkmilləşdirilməsi, ehtiyatların müəyyən edilməsi və lüzumsuz xərclərin azaldılması, ölkə üzrə əmək haqqı xərclərinin avtomatlaşdırılması, saxlanma xərclərinin standartlaşdırılması, əsaslı vəsait qoyuluşu xərclərində nəticə əsaslılığının təmin olunması, maliyyə iqtisadi əsaslandırmanın müvafiq standartının, vahid formasının yaradılması istiqamətində ardıcıl addımların atılacağını qeyd edib.
S.Babayev yeni yaradılması və ya təkmilləşdirilməsi zəruri olan elektron sistemlər və ya altsistemlər üzrə Maliyyə Nazirliyinin rəqəmsal transformasiya strategiyasına uyğun rəqəmsal yol xəritəsinin hazırlanması, dövlət maliyyə vəsaitlərinin uçotu, bölgüsü, istifadəsi və hesabatlılığını təmin edən təkmil elektron məlumat bazasının formalaşdırılması və inteqrasiyası ilə bağlı tapşırıqlar verib. Eyni zamanda, vahid məlumat bazasının dövlət maliyyə vəsaitlərinin real vaxt rejimində vəziyyəti, dövriyyəsi və məqsədyönlü istifadəsi ilə bağlı məlumatların toplanılması və təhlili üçün imkanların yaradılmasının vacibliyini bildirib.
Kollegiyanın sədri, həmçinin 2026-cı il dövlət və icmal büdcə layihələrinin və sonrakı üç il üçün icmal büdcə göstəricilərinin vaxtında və keyfiyyətlə hazırlanması işlərinin təşkili və müvafiq büdcə zərflərinin hazırlanıb aidiyyəti üzrə təqdim edilməsi ilə bağlı qanunvericiliyə uyğun olaraq başlanılmış işlərin müvafiq icra ardıcıllığına uyğun olaraq davam etdirilməsi ilə bağlı tapşırıqlar verib.
İclasda müzakirə olunan məsələlərə dair müvafiq qərarlar qəbul edilb.
Sahil Babayev iclas keçirib, tapşırıqlar verib - / marja.az

Maliyyə     Tarix: 19 mart 2025

Oxşar xəbərlər

FED faiz qərarını açıqladı

Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) əsas faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb. xəbər verir ki, Mərkəzi bankın rəsmiləri baza faiz dərəcəsini 3,5%–3,75% diapazonunda saxlamaq qərarına gəliblər. FED 2025-c

Malların gömrük dəyəri milli valyuta ilə bəyan ediləcək

Malların gömrük dəyəri milli valyuta ilə bəyan ediləcək. Bu, Milli Məclisin mayın 1-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq Gömrük Məcəlləsinə təklif edilən yeni – 220.3-cü maddədə əksini tapıb. Layihəyə əsasən, malları

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 13–19 iyul 2026-cı il tarixlərində qlobal maliyyə bazarlarında əsa

5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. Xidmətə istinadən xəbər verir ki, indiyədək ölkə ərazisində 11

Nazirlik dövlət büdcələrinin icrasına dair operativ məlumat yaydı - 1,8 milyard manat artıqlıq yaranıb

Maliyyə Nazirliyi 2026-cı ilin I rübü (yanvar-mart) üzrə icmal və dövlət büdcələrinin icrasına (operativ) dair məlumat yayıb. məlumatı təqdim edir. 2026-cı ilin birinci rübündə dövlət büdcəsinin gəlirləri 9598,6 milyon manat

Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı

2026-cı ilin 01 aprel tarixinə Azərbaycan Respublikasının dövlət borcu (daxili və xarici dövlət borcu) 24 milyard 464,7 milyon manat və ya 2026-cı il üzrə 130 milyard 873,5 milyon manat məbləğində proqnozlaşdırılan Ümum

Avstraliya Mərkəzi Bankı faizini üçüncü dəfə artırdı

Avstraliya Mərkəzi Bankı (RBA), inflyasiyanın inadkar şəkildə yüksək səviyyədə qalmasını nəzarət altına almaq məqsədilə pul siyasəti faizini ardıcıl üçüncü iclasda artıraraq 4,1%-dən 4,35%-ə yüksəltdib. Marja xəbər veri

176,4 milyon artıq vəsait xərclənib - Dövlət Agentliyində çatışmazlıqlar

Avtomobil yolları üzrə vəsaitlərin idarə olunmasında nöqsanlar var. Bu barədə Hesablama Palatasının "Dövlət auditi" bülletenində bildirilir. Sənədə əsasən, audit zamanı avtomobil yollarına ayrılan vəsaitlərin effektivliy

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  InvestAz-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAz İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə 11–15 may 2026-cı il tarixləri qlobal maliyyə bazarları üçün həm makroiqtisad


iqtisadi xeberler dollar kursu dollar məzənnəsi birbank bitkoin