Samsung Galaxy S23 Ultra yoxsa iPhone 14 Pro Max? - EKSPERTLƏRİN CAVABI
Ekspertlərə görə, batareya tutumu (Battery capacity) Samsung-un ən vacib üstünlüklərindən biridir.
Marja xəbər verir ki, Cənubi Koreyanın Samsung şirkəti çərşənbə günü, fevralın 1-də yeni flaqman smartfonlarını - Galaxy S23, S23 Plus və S23 Ultra smartfonlarını təqdim edib. Galaxy S23 Ultra versiyası, 200 MP kamerası ilə indiyə qədər bir smartfonda gördüyümüz ən yüksək kameraya malikdir.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
Cənubi Koreya istehsalçısının S23 Ultra modeli saatda 5 min milliamper (5000 mAh) batareya tutumuna malikdir, rəqibi iPhone 14 Pro Max isə 4323 mAh-a malikdir.
Eyni nəticə orta modellərdə də müşahidə olunur: Galaxy S23+da 4700 milliamper/saat tutuma, iPhone 14 Pro və 14 Plus isə müvafiq olaraq 3200 mAh və 4,325 mAh tutuma malikdirlər. Samsung-un baza modeli Galaxy S23 də (3900 mAh) Apple iPhone 14-nü (3279 mAh) də üstələyir.
Ekspertlər vurğulayır ki, Samsung" üçün "çipsetin (sistem komponentlərinin qarşılıqlı əlaqəsini təmin edən mikrosxemlər toplusu — red.) mərkəzi və qrafik prosessorların artan tezlikləri ilə eksklüziv versiyası hazırlanıb. Belə ki, şirkət əvvəllər öz istehsalı olan çipsetdən istifadə edirdi ki, yeni Galaxy-lər isə Qualcomm şirkətinin Snapdragon 8 Gen 2 prosessoru ilə təchiz edilir.
Alıcılar premium S23 Ultra modelinə diqqət yetirməlidirlər. Onun 200 meqapiksel kamerası var. Samsung Galaxy S23 Ultra və iPhone 14 Pro Max smartfonlarının kameralarının xüsusiyyətləri oxşardır: həm parlaqlıq, həm də ölçüsündə sensorlar təqribən eynidir, lakin piksellərin təkmilləşdirilmiş düzülüşü sayəsində Cənubi Koreya brendinin cihazındakı təsvir daha aydın görünür.
10 fevral 2023-cü il tarixdən etibarən Galaxy S23, Galaxy S23+ və Galaxy S23 Ultra modellərinin Azərbaycanda satışına başlanacağı gözlənilir.
Daha ətraflı: Samsung yeni Galaxy S23 Seriyasını təqdim etdi
/ marja.az

"The Digital Banker" ABB-ni Azərbaycanın ən yaxşı süni intellekt əsaslı bankı seçib
Avropa şirkətləri Azərbaycanda dövlət qurumlarından biznesə daha çox dəstək gözləyir
Avropa şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş sayır
Xaçmazda fındıq bağını sığortalamaq neçəyə başa gəlir? – ŞƏRTLƏR, MƏBLƏĞLƏR
Son bir ildə Qarabağ və Naxçıvana investisiya yatıran Avropa şirkətlərinin sayı xeyli artıb
"Səhər 9-da sağlam, saat 2-də isə xəstə
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Kiçik biznesin böyük hədəflərinə Ziraat Bank Azərbaycandan sərfəli maliyyə dəstəyi
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
PAŞA Bankın səhmləri bu ay 5 faizə yaxın bahalaşıb – İlkin yerləşdirmə qiymətinə yaxınlaşıb
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
Dropshipping nədir?
SEO nədir və Google axtarışda necə 1-ci olaq?
Kriptovalyuta nədir?
SMM nədir?