"Samsung" məşhur flaqmanın "Retro" versiyasını təqdim edib
"Samsung" şirkəti "Galaxy Z Flip5" qatlanan smartfonunun məhdud buraxılışlı "Retro" versiyasını təqdim edib. Məlumata görə, smartfon 2003-cü ildə buraxılan mobil telefonun şərəfinə hazırlanıb.
"Galaxy Z Flip5 Retro" smartfonu "SGH-E700" modelinin üslubunda mavi və gümüşü rənglərin kombinasiyası, 2000-ci illərin piksel qrafikası ilə interfeys və şəhər mənzərəli xüsusi animasiya ilə dizayn edilib.
Komplektə həmçinin üç stiker və smartfonun unikal seriya nömrəsinin həkk olunduğu kolleksion kart daxildir. Yeni "Samsung Galaxy Z Flip 5 Retro" məhdud sayda olacaq və yalnız Cənubi Koreya, Böyük Britaniya, Fransa, Almaniya, İspaniya və Avstraliyada satışa çıxarılacaq. Cihazın qiyməti açıqlanmayıb. Texniki cəhətdən yeni məhsul 2023-cü ilin yayında təqdim edilən qatlanan smartfonla tamamilə eynidir. / banker.az
Bu şəxslərin pensiyası ARTIRILDI
1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör
ABŞ-da işsizlik sığortası müraciətləri azalıb
ABŞ-da işsizlik sığortası üçün müraciətlərin sayı bitən həftə ərzində 220.00-ə çatıb ki, bu da əvvəlki həftə ilə müqayisədə 8.00 azalma deməkdir. xəbər verir ki, dörd həftəlik hərəkətli orta göstərici 3.00 azalaraq 224.250-y
Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO
Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd
Tələbələrin kirayə dərdi: Mənzillər bahalaşır!
Yeni tədris ilinin başlamasına az vaxt qaldıqca, tələbələrin kirayə mənzil axtarışı da sürətlənib. Artıq indidən münasib qiymətə ev tapmaq istəyənlərin sayı artsa da, bazarda təklifin məhdud olması qiymətləri yüksəldir. Bi
Neft ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB
Almaniya Azərbaycandan neft alışını artırıb
Azərbaycan Almaniyaya 956 min 716,48 ton xam neft ixrac edib. xəbər verir ki, bu mövcud ilin yanvar-oktyabr aylarına dair göstəricilərdir. İxrac olunmuş məhsulun miqdarı 2024-cü ilin 10 ayı ilə müqayisədə 9,3 % çox, dəyər
Qaz ödənişləri ilə bağlı YENİLİK
İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq