"Samsung" qlobal smartfon bazarında liderliyini bərpa edib
"Samsung" fevral ayında yenidən qlobal smartfon bazarında liderliyini bərpa edib. Bundan əvvəl lider "Apple" olub.
Mənbənin məlumatına görə, indi "Samsung" smartfon bazarının 21.1%-nə sahibdir ki, bu da bir ay əvvəllə müqayisədə 3.5% çoxdur. "Apple"in işləri o qədər də yaxşı getmir – şirkətin bazar payı 20.9%-dən 20.2%-ə düşüb. İlk beşliyi "Xiaomi" (11.5%), "Oppo" (8.9%) və "Vivo" (8.2%) tamamlayır.
"Business Korea"nın məlumatına görə, fevralda dünyada 89.6 milyon smartfon satılıb. Bu, ötən ilin analoji göstəricisindən 15% azdır. ABŞ və Avropada satışlar müvafiq olaraq 4% və 22% azalıb. / banker.az
Bu şəxslərin pensiyası ARTIRILDI
1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör
Ölkədə orta aylıq əməkhaqqı 7% artıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin
Neft ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB
Azərbaycan qızıl istehsalını yüksəldib
Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə
Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır
Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb