Samsung-un yeni devaysları üçün satışlar başladı: 9 sentyabra qədər hədiyyələr ilə

Samsung-un yeni devaysları üçün satışlar başladı: 9 sentyabra qədər hədiyyələr ilə(®) Yüksək tələbi nəzərə alaraq, Samsung Azərbaycan yeni Samsung Galaxy Z Fold4 və Galaxy Z Flip4 qatlanan smartfonlarını alanlar üçün "hədiyyə dəstinin" uzadılmasını elan edir.
Şirkətdən verilən məlumata görə, avqustun 10-da bütün dünyaya təqdim olunan cihazlara istifadəçilərin marağı gözləntiləri üstələyib və bu səbəbdən sentyabrın 9-dək Azərbaycanda Samsung distribyutor mağazalarının hər hansı birindən yeni cihaz alan hər kəs hədiyyə olaraq Galaxy Watch4 və Samsung Care+ Eksklyüziv Displey Zəmanətini əldə edəcək.
Öncədən sifariş vermək üçün "Samsung Azərbaycan" şirkətinin rəsmi internet saytına daxil olub, sonra rəsmi distribyutorlardan birinin seçib, sifarişi tamamlamaq olar. Eyni zamanda, Galaxy Z Flip4 Azərbaycanda dörd rəngdə (bənövşəyi, çəhrayı qızılı, mavi və qrafit) satışa çıxarılacaq, onun qiyməti 2499 AZN, Galaxy Z Fold4 isə üç variasiyada (bej, tünd göy və qara) təklif olunur, onun qiyməti isə 4199 AZN təşkil tedir.
Galaxy Z Fold4: indi ayaq üstə işləmək daha rahatdır
Yeni modellərin istifadəçilərə verdiyi bütün əsas üstünlüklərə əlavə olaraq, xüsusi diqqətə layiq olan bəzi digər xüsusiyyətlər də var. Məsələn, yeni Galaxy Z Fold4 ilə ayaq üstə daha çox şey edə bilərsiniz. Yeni tapşırıqlar paneli noutbuklarda və ya fərdi kompüterlərdə tapılan tərtibata bənzəyir və açılmış proqramlara daha sürətli və asan girişi təmin edir. Tam ekranlı proqramlar pop-uplara çevrilə və ya daha çox tapşırıq üçün yarıya bölünə bilər. Drag-and-drop funksiyası istifadəçilərə keçidləri, fotoşəkilləri, mətnləri və digər materialları tez bir zamanda bir proqramdan digərinə kopyalayıb yapışdırmağa imkan verir.
Samsung-un Google və Microsoft ilə əməkdaşlığı multifunksionallığı növbəti səviyyəyə qaldırdı. Google Meet ilə istifadəçilər artıq YouTube videolarına baxmaq və ya video zəng zamanı mobil oyunlar oynamaq kimi sevdikləri işləri görərkən daha çox insanla əlaqə saxlaya bilərlər. Microsoft Office və Outlook-un tam dəsti ekranda daha çox məlumat və daha sürətli məzmun qarşılıqlı əlaqəsi təmin etməklə çevik displeydən istifadə edir. Multitasking S Pen funksiyası ilə tamamlanır ki, bu da yolda olarkən rəsm çəkməyə və qeydlər aparmağa imkan verir.
Galaxy Z Flip4: özünüzü ifadə etməyin mükəmməl yolu
Galaxy Z Flip4-ə gəlincə, sələfi kimi, o, özünü ifadə etmək üçün əla vasitədir. İndi daha da inkişaf etmiş vasitə. Z Flip4-ü qismən qatlayaraq və FlexCam-i aktivləşdirərək, səssiz video və ya müxtəlif bucaqlardan qrup selfiləri çəkin. Bu xüsusiyyətlər hətta sevimli proqramlarınızda da mövcuddur. Samsung-un Meta ilə əməkdaşlığı sayəsində FlexCam Instagram, WhatsApp və Facebook daxil olmaqla ən populyar sosial platformalar üçün optimallaşdırılıb. Z Flip4 ilə siz yenilənmiş Quick Shot funksiyası ilə əsas kameradan istifadə edərək birbaşa xarici ekrandan yüksək keyfiyyətli selfi çəkə bilərsiniz.
Quick Shot rejimində yüksək keyfiyyətli video çəkməyə başlayın, sonra videonu dayandırmadan yazmağa davam etmək üçün problemsiz olaraq Flex rejiminə keçin – məhz müasir məzmun yaradıcılarına lazım olan budur. Quick Shot həmçinin istifadəçilərə Portret rejimində selfi çəkməyə və nəticəni canlı aspekt nisbətində önizləmədə görməyə imkan verəcək.
Yeni Samsung cihazlarının əvvəlcədən sifarişinə hədiyyələr daxildir: ağıllı saat Galaxy Watch4 və
Samsung Care+ zəmanəti.
"Samsung Care+" bir ilə qədər ekranın mexaniki zədələnməsinə qarşı qorunma proqramı seçimi ilə standart zəmanətdən kənar əlavə cihaz qorunmasıdır. Dəstək və xidmət "Samsung"-un səlahiyyətli xidmət mərkəzləri şəbəkəsi və "Samsung"-un vahid dəstək xidməti tərəfindən təmin edilir. Bu zəmanət sayəsində siz hissələr üçün deyil, yalnız xidmətin özü üçün ödəyirsiniz.
Yeni "Samsung" cihazları haqqında daha ətraflı məlumatı "Samsung Azərbaycan" şirkətinin rəsmi internet saytından – www.samsung.com/az-da əldə etmək olar.
Samsung-un yeni devaysları üçün satışlar başladı: 9 sentyabra qədər hədiyyələr iləSamsung-un yeni devaysları üçün satışlar başladı: 9 sentyabra qədər hədiyyələr ilə

Maraqlı     Tarix: 18 sentyabr 2022

Oxşar xəbərlər

2026-cı ildə dünyanın 10 ən böyük bankı

Banklar və iri maliyyə şirkətləri istənilən iqtisadiyyatın əsasını təşkil edir. Onların ölçüsünü qiymətləndirmək üçün müxtəlif yanaşmalar mövcuddur. Bəzi araşdırmalarda bankların bazar kapitallaşmasına, digərlərində isə aktivlərini

Nazir: Bakalavr üzrə dördillik ixtisasların bəzilərini üçillik etmək olar

Təhsil müddətində dəyişiklik gündəmdədir – 3 illik bakalavr modeli təklif olunur. "Bakalavr üzrə dörd illik ixtisasların bəzilərini üçillik etmək olar". Bunu elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransınd

"TikTok"la "Instagram"a girişdə problem yarandı

"TikTok" və "Instagram"ın işində problem yaranıb. Hazırda Azərbaycanda istifadəçilər şəxsi hesablarına girə bilmirlər. Hələlik problemlə bağlı "Meta" şirkətindən açıqlama verilməyib

Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama

"Nvidia"nın baş direktoru Censen Huanq verdiyi müsahibədə 2030-cu ildə dünyanın sonunun gəlmə ehtimalının sıfır faiz olduğunu bildirib. "Nvidia Corp."un baş direktoru Censen Huanq süni intellektin bəşəriyyə

Vəliyevin universitetinin xalis mənfəəti 7,6 milyon manata çatıb – 42%-lik artım

"Odlar Yurdu Universiteti" 2025-ci ili 7 milyon 572,9 min manat xalis mənfəətlə başa vurub. universitetin audit olunmuş konsolidə edilmiş maliyyə hesabatına istinadən xəbər verir ki, 2024-cü ildə ali təhsil müəssisəsini

Çinin yeni Arktika marşrutunun perspektivləri və gizli riskləri

Dəniz daşımalarındakı dar boğazlardan getdikcə daha çox narahat olan dünya üçün Dubai Tower gəmisinin reysi ümidverici siqnal sayıla bilər. Konteynerdaşıyan gəmi avqustun 15-də Çinin Ninbo limanından yola düşərək Şimal Buzl

Etimad böhranı və 40 trilyon dollarlıq borc: dünya iqtisadiyyatı niyə ABŞ-dən uzaqlaşır?

Amerikanın qlobal iqtisadi sabitliyin dayağı kimi mövqeyi əvvəlki qədər möhkəm görünmür. Tramp administrasiyası artan dövlət borcu ilə üzləşir və sanksiyalardan xarici siyasət aləti kimi daha fəal istifadə edir. Müəllif

Macarıstanda təhsil alan azərbaycanlıların sayı açıqlanıb

"Macarıstanda 800 azərbaycanlı tələbə təhsil alır". Bunu Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma Bakıda keçirilən "Avropada Təhsil" sərgisində çıxışı zamanı deyib. Onun sözlərinə görə, bu, iki ölk

SpaceX-ə rəqib ilk dəfə orbitə çıxıb

Almaniyanın raket istehsalçısı "Isar Aerospace" həftəsonu ilk dəfə uğurla orbitə çatıb. xəbər verir ki, bu, Avropanın kommersiya kosmik sənayesi üçün mühüm mərhələ hesab olunur. Şirkət sürətlə artan tələbatı qarşılama


iqtisadi xeberler online pul qazanmaq valyuta mezennesi bitkoin qiymeti bitkoin almaq