Samuxda KOB dostu ofisi fəaliyyətə başlayıb
İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Samux rayonunda sahibkarlarla görüş keçirilib.
KOB evlərində sahibkarlara 99 mindən çox xidmət göstərilib
FED.az KOBİA-ya istinadən xəbər verir ki, tədbirdə Samux və ətraf bölgələrdən olan 200-ə yaxın sahibkar, eləcə də bölgədə biznes subyektlərinə xidmət göstərən dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Həmçinin, tədbir çərçivəsində Samux rayonu üzrə KOB dostu rayonun biznes ictimaiyyətinə təqdim edilib. Bu ölkə üzrə sayca 49-cu KOB dostu ofisidir. Samux KOB dostu ofisi Gəncə-Daşkəsən iqtisadi rayonu üzrə Gəncə, Daşkəsən və Göygöldən sonra sayca 4-cü ofisdir.
Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev rayonda sahibkarlıq fəaliyyəti və investisiya qoyuluşu üçün imkanlar, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov isə Agentliyin dəstək və xidmətləri, KOB dostu mexanizmi barədə fikirlərini bölüşüblər.
Görüş çərçivəsində sahibkarların çətinliklərinə və ehtiyaclarına dair fikir və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb, KOBİA-nın sahibkarlara göstərdiyi dəstək barədə filmlər nümayiş olunub.
Sonra tədbir iştirakçıları Samux rayon Heydər Əliyev Mərkəzində yerləşən KOB dostu ofisində sahibkarlara dəstək və xidmətlərin göstərilməsi üçün yaradılmış şəraitlə tanış olublar.

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Elon Musk kimdir?
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
Digital Card nədir?
İlon Mask kimdir?
Az pulla hansı işi qurmaq olar?