Şəbəkə Marketinqi və ya Ponzi, piramida sxemləri: Fərqli cəhətlər

Şəbəkə Marketinqi və ya Ponzi, piramida sxemləri: Fərqli cəhətlərSon dövrlərdə media məkanında tez-tez fərqli mövzular altında maskalanaraq Ponzi (Piramida) sxemlərdən istifadə edib insanların küllü miqdarda vəsaitlərini mənimsəyən şirkətlərə rast gəlirik. Bir çox insanlar bu sxemlərə aldanaraq öz vəsaitlərini yatırır və nəticədə onların bağlanması ilə ciddi itkilərlə üzləşirlər. Bu digər tərəfdən Şəbəkə Marketinqi (Affilate/Network Marketing) modeli ilə işləyən şirkətlər üçün də ciddi bir reputasiya riski yaradır. Bu məqalədə Sizlərlə şəbəkə marketinqi və ponzi sxemlərin fərqli özəllikləri barəsində fikirləri paylaşacağam.
Şəbəkə Marketinqi nədir?
Şəbəkə marketinqi, bir şirkətin məhsullarını və ya xidmətlərini satmaq üçün istifadə etdiyi satış və marketinq strategilayalarından biridir. Burada şirkətin məhsul və xidmətlərinin satışını həyata keçirmək istəyən distributorlar etdikləri satış müqabilində eyni zamanda cəlb etdikləri və təlim keçdikləri əlavə distributorların satışlarından komisyon qazancları əldə edirlər.
Şəbəkə marketinqində məqsəd, işi böyüməyə kömək edə bilən bir distributor şəbəkəsi yaratmaqdır. Hədəf, keyfiyyətli məhsulların və ya xidmətlərin satışına əsaslanan davamlı və uzunmüddətli bir biznes qurmaqdır. Bu model dünyada bir çox məşhur şirkətlər tərəfindən istifadə edilən bir qanuni biznes modelidir.
Ponzi sxemi nədir?
Ponzi sxemi, vəsaitlərin hər hansı bir hovuz üzərindən bölüşdürülməsini təmin edən bir sistemdir. Burada hovuza daxil olan yeni vəsaitlərin bir hissəsi daha öncə qeydiyyatdan keçmiş şəxslərə ödənilir. Yəni faktiki olaraq pul bölgüsü həyata keçirilmiş olur. Müvafiq olaraq yeni vəsaitlərin daxil olması kəsildiyi və ya zəiflədiyi halda sistem bağlanır. Bu cür sistemlərdə heç bir dəyər yaradılmadığı üçün və sadəcə pul bölgüsü olduğu üçün adətən insanları yüksək ödəniş vədləri hesabına cəlb edirlər.
Ponzi sxemində əsas məqsəd, qanuni bir məhsul və ya xidmət satmaq əvəzinə yeni pul yatıranları cəlb etməyə xidmət edir. Bəzi hallarda bu cür sistemlər yalan biznes modeli hekayələrinin arxasında gizlənir. Son dövrlərdə bu cür sxemlərin daha da məşhurlaşmasının əsas səbəblərindən biri də internet üzərindən hər hansı elektron məhsulların satışı imkanlarının mümkünlüyü olmuşdur.
Şəbəkə marketinqini ponzidən fərqləndirən əsas xüsusiyyətlər
Şəbəkə marketinqinin ponzi sxemindən ilk və ən vacib fərqi ondadır ki, şəbəkə marketinqi heç bir halda heç nə etmədən pul yatırıb gəlir əldə etmək imkanı təklif edə bilməz. Əgər sizə pul yatır və aylıq heç nə etmədən yüksək stabil passiv qazanc əldə et deyilirsə demək ki, böyük ehtimal bu ponzi mexanizmidir.
Bundan fərqli olaraq Şəbəkə marketinqində mütləq şəkildə bir iş olaraq yanaşma edib, satış etmək, məhsulu öyrənmək, satmaq və özünü inkişaf etdirmək tələb olunur. Şəbəkə marketinqi məhsul satışına bağlı olduğu üçün heç bir halda ilkin dövrdə yüksək gəlir verə bilməz. Bu sistemdə yüksək qazanc əldə etmək üçün bir müddət aktiv şəkildə çalışmaq lazımdır. Necə ki, ənənəvi biznesdə öz işinizi qurarkən əvvəl özünüz aktiv çalışırsınız, sonra qazancınız artdıqca yeni işçilər cəlb edirsiniz onlar da çalışıb sizin üçün dəyər yaradırlar və nəticədə siz biznesinizi böyüdüb daha çox qazanırsınız, Şəbəkə marketinqində də ilk əvvəl çalışıb öz əməkdaşlarınızı öyrədib həm özünüzün həm də onların sərf etdikləri əmək müqabilində gəlirlərinizi artıra bilirsiniz.
İkinci vacib fərq şəbəkə marketinqində mütləq hər hansı bir məhsul və ya xidmət satışına bağlı olmasıdır. Bu satışı edən distributorlara isə məhsul və ya xidmətlərin satışından gələn gəlirin bir hissəsi komisyon olaraq ödənilməlidir. Bu zaman pul bölgüsü deyil, dəyər bölgüsü həyata keçirilmiş olur.
Üçüncü fərq isə davamlılıq yanaşmasıdır. Ponzi sxemlər pul bölgüsünə əsaslandığına görə onun qurucuları adətən müşahidəçi rolunda olur və müəyyən hədəflədikləri vəsait həcminə çatdıqda bütün sistemi bağlayıb yoxa çıxırlar və insanları pis vəziyyətə salırlar. Həmçinin, davamlılıq məqamında bu cür şirkətlərin və sistemləri araşdırarkən onların rəsmi qeydiyyatları və iş prinsiplərini daha dərindən araşdırmaq çox önəmlidir. Adətən ponzi sxemlər çox böyük bəzən hətta mümkünsüz səslənən vədlər verir və qeyri adi texnalogiyalara sahib olduqlarını bildirirlər.
Nəticə
Şəbəkə marketinqi və Ponzi sxemləri ilk nəzərdə oxşar görünə bilər, lakin onları bir-birindən ayıran yuxarıda qeyd olunan fərqlər mövcuddur. Şəbəkə marketinqi keyfiyyətli məhsulların və ya xidmətlərin satışı üzərində qurulan qanuni bir biznes modelidir. Qanuni bir məhsul və ya xidmət satmaq, distributorların cəlbi isə biznesi artırmaq üçün bir vasitədir. Əksər halda, şəbəkə marketinqi bir çox müəssisələr tərəfindən qanuni bir biznes modeli kimi istifadə edilir. Ponzi sxemləri isə yeni yatırım edənlərin cəlbinə əsaslanan və yeni cəlb olunan kapitalı daha öncəki yatırımcıların qazancı üçün istifadə edən qanunsuz bir pul toplama sxemidir. Ponzi sxemlər əksər halda yatırımcılar üçün maliyyə itgiləri ilə nəticələnir. Əhəmiyyətli olan, bu fərqləri anlamaq,  təkliflərin çox cəlbedici olmasına baxmayaraq, o sahə üzrə ekspertlərdən rəy almaq və Ponzi sxemləri təklif edənlərdən uzaq qalmaqdır.
Yadda saxlamaq lazımdır ki, istənilən biznesdə zəhmət və əmək sərf etmədən qazanc əldə etmək mümkün deyil. Bizim halal qazancımız hər zaman davamlı və ya müəyyən bir zaman çərçivəsində sərf etdiyimiz zəhmətin nəticəsidir.
Müəllif
Sənan Həsənov
Biznes kouç və təlimçi / banker.az

Maraqlı     Tarix: 10 mart 2023

Oxşar xəbərlər

Apple tarixində ilk qatlanan iPhone-u təqdim etdi — iPhone Duo

Apple ilk qatlanan iPhone-un yeni detallarını açıqladı. Apple ilk qatlanan smartfonu iPhone Duo-nun yeni texniki xüsusiyyətlərini açıqlayıb. iPhone Duo qapalı vəziyyətdə 5,4 düymlük xarici ekrana malikdir. Telefon açıldıqd

Etimad böhranı və 40 trilyon dollarlıq borc: dünya iqtisadiyyatı niyə ABŞ-dən uzaqlaşır?

Amerikanın qlobal iqtisadi sabitliyin dayağı kimi mövqeyi əvvəlki qədər möhkəm görünmür. Tramp administrasiyası artan dövlət borcu ilə üzləşir və sanksiyalardan xarici siyasət aləti kimi daha fəal istifadə edir. Müəllif

Formula 1 yarışlarının keçiriləcəyi vaxt bəzi məktəblərdə tədris onlayn təşkil olunacaq

2026-ci ildə Formula 1 Azərbaycan Qran-prisi dövründə yarışların keçiriləcəyi ərazilərdə yerləşən ümumitəhsil müəssisələrində tədris onlayn təşkil olunacaq. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyində

Yaxşı rəhbər susmamalıdır: rəy bildirməyin 4 qaydası

Davranış psixologiyası üzrə ekspert Denni Kenni narazılığı içinizdə yığıb saxlamaq əvəzinə onu düzgün şəkildə ifadə etməyi və bunun üçün dörd qaydaya əməl etməyi tövsiyə edir. Lois bunu hələ mart ayında başa düşmüşdü. Onu

İqtisadi modellər niyə artıq işləmir?

Gələn ay 90 yaşı tamam olacaq nüfuzlu iqtisadçıdan nə öyrənmək olar?. Bu gün mərkəzi banklar tətbiq etdikləri tədbirlərin nə dərəcədə effektiv olduğunu anlamağa çalışarkən qaçılmaz sual ortaya çıxır: uğursuzluqların səbəb

Apple-dan tarixi təqdimat: İlk qatlanan iPhone Duo, iPhone 18 Pro, yeni Watch və AirPods modelləri təqdim edildi

Apple sentyabrın 9-da Kaliforniyanın Kupertino şəhərində yerləşən Apple Park-da "Surprise and shine" adlı illik məhsul təqdimatını keçirib. Tədbir həm şirkətin tarixində ilk qatlanan iPhone-un nümayişi, həm də sentyabrı

Çin əvvəllər Qərbin nəzarət etdiyi yüksək texnologiyalı bazarları necə ələ keçirir?

Dünyada turist obyekti kimi ziyarət edilə biləcək zavodların sayı çox deyil. Lakin Xiaomi-nin nəhəng "hiperzavodu"nda şirkət iki il əvvəl istehsal xətləri üzrə ekskursiyalar təşkil etməyə başlayandan bəri 300 mində

SpaceX-ə rəqib ilk dəfə orbitə çıxıb

Almaniyanın raket istehsalçısı "Isar Aerospace" həftəsonu ilk dəfə uğurla orbitə çatıb. xəbər verir ki, bu, Avropanın kommersiya kosmik sənayesi üçün mühüm mərhələ hesab olunur. Şirkət sürətlə artan tələbatı qarşılama

Süni intellekt bumu: bu texnologiya ABŞ iqtisadiyyatını necə yenidən formalaşdırır?

Süni intellekt ABŞ iqtisadiyyatının əsas hərəkətverici qüvvələrindən birinə çevrilib. Onun təsiri iri investisiya qərarlarından tutmuş iPhone kimi gündəlik istifadə olunan cihazların qiymətlərinə qədər demək olar ki, hə


iqtisadi xeberler bitcoin qiymeti dollar məzənnəsi bu gunun xeberleri kripto