Şəhərlərarası avtovağzalı ildırım vurdu - VİDEO
Türkiyədə şəhərlərarası avtovağzalın damına ildırım düşüb. Avtovağzalın damı uçub.
KONKRET.az xəbər verir ki, Türkiyənin Bursa şəhərində baş verən hadisənin videosunu Readovka Telegram kanalı yayıb.
Qeyd olunur ki, güclü leysan zamanı ildırım çaxması nəticəsində şəhərlərarası avtovağzalın dam örtüyü uçub. Hadisə yerinə yanğınsöndürənlər, tibb işçiləri gəlib. Təhlükəsizlik qüvvələri sərnişinləri təhlükəsiz əraziyə təxliyə edib.
Fırtına bir saatdan artıqdır davam edib, şəhərin bəzi küçələrini su basıb, tıxaclar yaranıb. Sinoptiklərin proqnozlarına görə, şəhərdə pis hava şəraiti hələ bir müddət davam edəcək.
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb
Azərbaycan qızıl istehsalını yüksəldib
Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə
Dollar neçəyə olacaq? - AÇIQLANDI
Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir
G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək
Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd