Şəmkirdə məktəb-liseyin yeni binasının açılışı oldu - FOTOLAR - YENİLƏNİB
Avqustun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəmkir şəhəri Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü tam orta məktəb-liseyin yeni binasının açılışında iştirak edib.
KONKRET.az xəbər verir ki, dövlətimizin başçısına bu təhsil ocağında yaradılan şərait barədə məlumat verilib.
Qeyd edək ki, Şəmkir şəhərinin mərkəzində yerləşən, 1958-ci ildə tikilmiş Məhəmməd Füzuli adına tam orta məktəb-liseyin köhnə binasının müasir tələblərə cavab verməməsi, 600 şagird yerlik məktəbdə 1500 şagirdin təhsil alması və binanın qəzalı vəziyyətdə olması ilə əlaqədar yeni binanın tikintisinə zərurət yaranmışdı. Azərbaycan Prezidentinin "Şəmkir şəhərində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında" 2020-ci il 5 mart tarixli Sərəncamının icrası ilə əlaqədar məktəbin binası yenidən inşa olunub.
Bildirilib ki, eyni vaxtda 1600 şagirdin təhsil ala biləcəyi məktəb-lisey bütün inventarla təchiz edilib. Yeni dərs ilində şagirdlərin istifadəsinə veriləcək müasir təhsil ocağı 65 sinif otağından ibarətdir. Bundan başqa, binada fizika, kimya, biologiya laboratoriyaları, informatika, texnologiya, hərbi təlim, tibb, əmək təlimi, STEAM otaqları, kitabxana, yeməkxana, akt və idman zalları, həmçinin açıq idman meydançası var.
Məktəb-liseyin həyətyanı sahəsi abadlaşdırılıb, yaşıllıq işləri görülüb.
Ölkəmizdə təhsil müəssisələrinin əsaslı təmiri, yenidən qurulması və yenilərinin inşası, onların zəruri avadanlıqla təchizatı gənc nəslin daha savadlı və bilikli yetişməsinə hesablanıb. Yeni məktəb binalarının və tədris korpuslarının inşası şagird sıxlığını aradan qaldırmaqla, həm də onların daha keyfiyyətli təhsil almalarına şərait yaradır. Məktəb infrastrukturunun tamamilə yenilənməsi Azərbaycanda təhsilin inkişafına göstərilən diqqət və qayğının daha bir təzahürüdür.
***
11:02
Avqustun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəmkir şəhəri Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü tam orta məktəb-liseyin yeni binasının açılışında iştirak edib.
KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.










Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
Marketinq nə demədir?
"Freelance" nədir?
Biznes plan necə yazılır?
Necə Bitcoin almaq olar?
Dünyanın ən bahalı restoranları