Serbiya Prezidenti İlham Əliyevə ZƏNG ETDİ
Avqustun 21-də Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
KONKRET.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat verib.
Telefon danışığı zamanı Prezident Aleksandar Vuçiç Azərbaycan ilə Serbiya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırıb. Serbiya Prezidenti bu müddət ərzində ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyini, dostluq və tərəfdaşlıq münasibətlərinin qurulduğunu deyib.
Prezident İlham Əliyev ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə Serbiya Prezidentini təbrik edib, müxtəlif sahələrdə əməkdaşlığın inkişafından məmnunluğunu bildirib. Dövlətimizin başçısı Azərbaycanın və Serbiyanın ikitərəfli və çoxtərəfli əsaslarda, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq etdiyini vurğulayıb.
Telefon danışığı zamanı Azərbaycan ilə Serbiya arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, kənd təsərrüfatı, enerji, investisiya və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb. Həmçinin Azərbaycan ilə Serbiya arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatdığı, ölkələrimizin bir-birinin ərazi bütövlüyünü dəstəklədiyi qeyd olunub.

ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
"Artıq pulunuzu gətirib məndə saxlasanız, daha az faiz alacaqsınız"
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
BOKT İsmayıllıda filialını açır
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
Layihə menecmenti nədir?
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
Dünyanın əh bahalı brendləri - TOP-10
Biznes planı necə yazmaq lazımdır?
2026-ci ilin TOP-5 onlayn biznes ideyası