Serbiya Prezidenti İlham Əliyevə zəng etdi
Avqustun 21-də Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
azxeber.com xəbər verir ki, telefon danışığı zamanı Prezident Aleksandar Vuçiç Azərbaycan ilə Serbiya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırıb. Serbiya Prezidenti bu müddət ərzində ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyini, dostluq və tərəfdaşlıq münasibətlərinin qurulduğunu deyib.
Prezident İlham Əliyev ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə Serbiya Prezidentini təbrik edib, müxtəlif sahələrdə əməkdaşlığın inkişafından məmnunluğunu bildirib. Dövlətimizin başçısı Azərbaycanın və Serbiyanın ikitərəfli və çoxtərəfli əsaslarda, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq etdiyini vurğulayıb.
Telefon danışığı zamanı Azərbaycan ilə Serbiya arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, kənd təsərrüfatı, enerji, investisiya və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb. Həmçinin Azərbaycan ilə Serbiya arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatdığı, ölkələrimizin bir-birinin ərazi bütövlüyünü dəstəklədiyi qeyd olunub.
Qızılın qiyməti düşüb
Qızılın qiymətində enmə var. xəbər verir ki, qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti azalıb. Belə ki, əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti azalıb. Nyu-Yorku
1100,0 min nəfər pensiyaçı qeydiyyatda olub
Dövlət Sosial Müdafiə Fondunda 2024-cü il oktyabrın 1-ə qədər olan zaman ərzində 1100,0 min nəfər pensiyaçı qeydiyyatda olub. xəbər verir ki, Dövlət Statistika Komitəsinə istinadən məlumata görə, bu da ölkə əhalisinin 10,
Bu il 20,75 milyon ton həcmində neft ixrac edilib
Bu il 20,75 milyon ton həcmində neft ixrac edilib. Göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə təxminən 180 min ton və ya 0,9% çoxdur. xəbər verir ki, bu barədə Dövlət Gpmrük Komitəsinə istinadən xəbər verir. 2024-c
Aİ Lutnikə tariflərlə bağlı xəbərdarlıq edəcək
Aİ (Avropa İttifaqı) rəsmiləri, ABŞ-ın polad və alüminium tariflərini genişləndirmə təşəbbüsünün yay aylarında imzalanmış ticarət anlaşmasına zidd ola biləcəyindən narahatdır. xəbər verir ki, Aİ-nın Ticarət Komissarı Maro
Azərbaycan xaricdən ət alışını azaldıb
Azərbaycana 90 milyon 140 min ABŞ dolları dəyərində 38 min 55 ton ət idxal olunub. xəbər verir ki, göstərici bu ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinin məlumatına istinadən verilən məlumata görə
ABŞ-da işsizlik sığortası müraciətləri azalıb
ABŞ-da işsizlik sığortası üçün müraciətlərin sayı bitən həftə ərzində 220.00-ə çatıb ki, bu da əvvəlki həftə ilə müqayisədə 8.00 azalma deməkdir. xəbər verir ki, dörd həftəlik hərəkətli orta göstərici 3.00 azalaraq 224.250-y