Sərnişin və yükdaşıma fəaliyyəti ilə məşğul olan şəxslər ƏDV ödəməlidirlərmi?
Mən fərdi sahibkar kimi yükdaşıma xidməti göstərirəm və "fərqlənmə nişanı" alıram. Dövriyyəm 200 min manatdan artıq olub. Bu halda ƏDV ödəyicisi kimi qeydiyyata düşməliyəmmi?
Dövlət Vergi Xidmətindən bildirilib ki, dövriyyəsindən asılı olmayaraq sadələşdirilmiş verginin ödəyicisi olan şəxslərin dairəsi Vergi Məcəlləsinin 218.4-cü maddəsində göstərilmişdir. Həmin maddəyə əsasən, Vergi Məcəlləsinin 218.1-ci maddəsinin müddəalarından asılı olmayaraq bu Məcəllənin 156-cı maddəsinin müddəaları nəzərə alınmaqla, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir.
Buna əsasən, Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslərin əməliyyatlarının həcmi 200.000 manatdan artıq olduğu halda həmin şəxslərin ƏDV məqsədləri üçün məcburi qeydiyyata alınmaq öhdəliyi yaranmır.
Əsas: Vergi Məcəlləsinin 155-ci və 218-ci maddələri / banker.az

Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
Ən bahalı otellər hansılardır?
Cash Back nədir?
Biznes təlimlər və tədris üsulları
Dünyanın ən zəngin idmançıları